Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Kürə tökülən çaylarda sululuq artıb

13 aprel / 14:11 2 dəq
62569409f35b162569409f35b2164984116162569409f35ac62569409f35af
13 aprel / 14:11
Burada sizin reklamınız ola bilər

Aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.

“Qərb Xəbər”in xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

“Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 99 sm, su sərfi 2,1 dəfə, Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 45 sm, su sərfi isə 1,7 dəfə artıb. Kiçik Qafqazın ərazisindən axan çaylarda 23 faiz, Böyük Qafqaz çaylarında isə 26 faiz artım qeydə alınıb”, – o bildirib.

Asif Verdiyev qeyd edib ki, nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi aprel ayının əvvəlindən bu günə kim Yevlax məntəqəsində 17 sm, Zərdabda 50 sm, Surrada 23 sm, Şirvanda 12 sm, Salyanda 15 sm, Bankədə 15 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm yüksəlib. Çayda suyun həcmi Yevlaxda 19 faiz, Zərdabda 31 faiz, Surrada 19 faiz, Araz çayının Novruzlu məntəqəsində isə 23 faiz artıb: “Kür çayının Surra məntəqəsində suyun həcminin artmasına baxmayaraq aşağı ərazilərdə sudan müxtəlif sahələrdə istifadə ilə bağlı suyun həcmində azalma baş verir ki, bu da Salyan və xüsusən də Neftçala rayonu ərazisində axının sürətinin azalmasına gətirib çıxarır”.

Xidmət rəsmisinin sözlərinə görə, Xəzər dənizinin sahilyanı əraziləri üçün xarakterik olan şimal-şərq küləyinin güclənməsi zamanı yaranan dalğalanma nəticəsində Kür çayının məcrasında əks axın baş verir ki, nəticədə çayda duzluluğun miqdarı artır. Belə ki, Kür-Bankə məntəqəsində aprelin 12-də çayda duzluluğun miqdarı 4,1 q/l, 13-də isə 6,3 q/l olub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı