Bölgə xəbərləri

Təhsil naziri 3-6 yaşlılar üçün kurikulumu ləğv etdi

12 aprel / 17:06 1 dəq
Emin emrullayev
12 aprel / 17:06
Burada sizin reklamınız ola bilər

Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləyib.

“Qərb Xəbər” bildirir ki, bu barədə təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

Təhsil İnstitutuna (Rüfət Əzizov) “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər