Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

İlkin Süleymanov: “Adım qaçmağa meyilli dustaqların siyahasına salınıb”

10 ay ago
A A
ilkin-suleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qərb Xəbər” APA-ya istinadən məlumat verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda İlkin Süleymanovun vəkili Əlibaba Rzayev son günlər sosial mediada İlkinə sui-qəsd hazırlanması ilə bağlı yayılmış məlumatlardan danışıb.

Vəkil deyib ki, İlkin Süleymanova sui-qəsd təşkil edib adını da intihar qoymaq istəyirlər.

“Mən müvəkkilimlə dəfələrlə söhbət etmişəm, onun intihar etmək fikri yoxdur. Hər hansı hadisə baş verərsə, bu, İlkin Süleymanova qarşı təxribat hesab olunacaq”, – vəkil əlavə edib.

İlkin Süleymanov da sözügedən məsələyə münasibət bildirib. O deyib ki, hələ bundan əvvəl onun adını qaçmağa meylli dustaqların siyahısına yazıblar: “Bu barədə mənə vəkilim bir müddət əvvəl məlumat vermişdi. Dedi ki, sənin adın qaçmağa meylli dustaqların siyahısına salınıb və həbsxanada şəklini vurublar. Mən bilmək istəyirəm ki, niyə belə edirlər? Mənim qaçmaq fikrim yoxdur, mən ümumiyyətlə elə adam deyiləm. Xahiş edirəm bu məsələ araşdırılsın”.

Prosesin davamında İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadə verməyə davam edib. Şahid müxtəlif epizodlar üzrə dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Son xəbərlər

63dbb6f9574b863dbb6f9574b9167534360963dbb6f9574b663dbb6f9574b7

İsveçrənin Türkiyədəki Baş Konsulluğu bağlanıb

02 Fevral 2023
63db9d836ce7563db9d836ce76167533709163db9d836ce7363db9d836ce74

Şəhər və rayonlararası marşrutların YENİ TARİFLƏRİ

02 Fevral 2023
f479e3a9-e01b-3218-a64e-8a087eccc3f9

Qarapapaq–Çaylı avtomobil yolu yenidən qurulub

02 Fevral 2023
1675326988650024171_1200x630

Şəmkirdəki vətəndaş qəbulunun vaxtı dəyişib

02 Fevral 2023
photo_5395663239989281711_y

Həyatın içindən: “Radio Qərb” in 1 yaşına həsr olunmuş proqram

02 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.