Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

İlkin Süleymanov: “Adım qaçmağa meyilli dustaqların siyahasına salınıb”

Ilkin suleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. “Qərb Xəbər” APA-ya istinadən məlumat verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda İlkin Süleymanovun vəkili Əlibaba Rzayev son günlər sosial mediada İlkinə sui-qəsd hazırlanması ilə bağlı … Read more

Keşikçidağda son tamamlama işləri aparılır – FOTO

62552cbdbff8662552cbdbff87164974918162552cbdbff8462552cbdbff85

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Keşikçidağda aparılan tamamlama işləri ilə bağlı məlumat yayıb. “Qərb Xəbər”in quruma istinadən xəbərinə görə, Keşikçidağ mağaralar kompleksinin ərazisinə çəkilən asfalt yolun başlanğıcında inşa edilən məlumat lövhəsinin son tamamlama işləri aparılır. Qeyd edək ki, dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi … Read more

Qazaxda avtomobil ağaca çırpılıb, yaralanan var

Qeza Niva

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Qərb Xəbər məlumat verir ki, hadisə rayonun Əzizbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan “Niva” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə, sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib

“Kənd icmalarında qadın liderlər” layihəsi Kosalar kəndində…

278084051 498353211946385 7001635112102506668 n

Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir.

“Qərb Xəbər”in məlumatına görə, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin dördüncüsü İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində baş tutub. Təlim kursunda 15 kənd sakini olan qadın iştirak edib.

Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.
Qeyd edək ki, təlimlər İradə Həsənova tərəfindən keçirilir. Layihə çərçivəsində daha 3 kənddə təlimin keçirilməsi nəzərdə tutulur.

Şəmkirdə qatar 2 qadını vurub

3fa73c7d fa17 35dd aa65 f7c20f72d7e9

Şəmkir rayonunun Zəyəm stansiyası ərazisində yük qatarı 2 nəfəri vurub. “Report”un məlumatına görə, hərəkətdə olan yük qatarı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçmək istəyən Nurcan Məmmədovanı və Aysel Həsənovanı vurub. Yaralılar ağır xəsarətlər alıb və xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırmalara başlanılıb.

Pensiyaların tam ödənilməsi nə vaxt başa çatacaq?

2d2e18c5 5b02 3f46 ab6b a626ecd9e2ba

Respublika üzrə pensiyaların aprelin 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondu yayıb. Qeyd olunub ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın II rüb üzrə ödəniləcək 50 manatı da aprel ayının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik … Read more

Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi Azərbaycana səfərə gəlib – FOTOLAR

Zakir Həsənov Qəbul görüşü

Aprelin 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   “Qərb Xəbər” bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə … Read more

“Azərbaycana gələn turistlərin sayında ikiqat artım var” – Rəsmi

ANTALYA'YA GELEN TURIST SAYISI 6.5 MILYONA YAKLASTI

“Turizm sektorunda yenidən canlanma başlayır. Bu ilin əvvəlindən qeydə alınan rəqəmlər, yanvar-mart ayları arasında ölkəyə gələn vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfədən çoxdur”.   “Qərb Xəbər” məlumat verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib. O bildirib ki, yanvar-fevral … Read more

Avropa İttifaqı: “Azərbaycan və Ermənistan arasındakı birbaşa təmasları dəstəkləyirik”

Eu

Avropa İttifaqı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığına münasibət bildirib. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter” səhifəsində məlumat dərc edib. Xüsusi nümayəndənin dərc etdiyi bəyanatda qeyd olunur ki, birlik bir neçə gün əvvəl baş tutan Brüssel görüşündən … Read more

Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

6254252767c436254252767c4416496817036254252767c416254252767c42

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Qərb Xəbər bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda böyük yoxlama başlayır – Baş nazirdən sərəncam

2022 02 10 17 27 1565nIOm4YJkQtBnI3Rl3q file

Baş nazir Əli Əsədov “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncam imzalayıb. Qərb Xəbər məlumat verir ki, məqsəd ölkə ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə … Read more

Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? – DOSYE

2022 04 11 15 53 44U7KgkPqbvKnYBrqgpcb0 file

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə edilib. Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin … Read more

Gürcüstanda Azərbaycan dilində kitab çatışmazlığı: həll yolları hansılardır?

5b547498 7f67 3493 a708 11369cf3c9b3 850 (1)

Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində bədii və qeyri-bədii kitablara əlçatanlıq səviyyəsi ürəkaçan deyil. Soydaşlarımızın Azərbaycan dilində kitab əldə etməsi üçün nə Tbilisi, nə də Kvemo Kartli (Borçalı) bölgəsində ev və yaxud mağaza fəaliyyət göstərmir. Bu məsələ ötən ilin yayında Azərbaycanın mədəniyyət naziriAnar Kərimovun Gürcüstana səfəri çərçivəsində azərbaycanlı icmanın nümayəndələri ilə keçirdiyi görüşdə də qaldırılıb. Nazir … Read more

Paşinyan içkidən zərhərləndi – Həkimlər müdaxilə etməli olub

34534

Aprelin 10-nu Tavus bölgəsinin rəhbəri, Nikol Paşinyanın xaç atası Hayk Qalumyanın doğum günü baş tutub. Qərb Xəbər “Ordu.az”-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. “Onun 48 yaşı tamam olur. Bizə dedilər ki, Qalumyan ad gününü ailəsinin “Qızıl balıq” restoranında qeyd edir. Tədbirdə Baş nazir və xanımı da iştirak edir. Mənbəmiz bildirir … Read more

Aİ-nin xüsusi nümayəndəsi: “Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır”

7f3c4fa7 8907 319f ade4 aa9aa76c413c

“Brüsseldə keçirilən ikinci üçtərəfli görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə əldə edilməsi istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri özündə əks etdirən gələcək sülh müqaviləsini hazırlamaq tapşırılması qərara alınıb”. Qərb Xəbər məlumat verir ki, bunları Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi … Read more

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır

Elmar9

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. Qərb Xəbər Report-a istinadən xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və … Read more

“Caliber”: Azərbaycan Ordusu Ağdərə istiqamətində… – Video

1649590334 untitled
“Ermənistan rəhbərliyi özünün regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl ataraq, müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxta hamıya şikayətlənmək xəttini tutub”.
Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub.
“ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb” – müəllif qeyd edir.
Video süjetdə qeyd olunub ki, bütün bu hadisələrin fonunda bir qrup silahlı erməni separatçının Azərbaycan ərazisində öz mövcudluğunu qoruyub saxlamaq istəməsi və ara-sıra təxribatlara əl atması isə artıq heç nəyi dəyişməyəcək.
“Hazırda Ermənistan tərəfi Fərruxda itirilmiş mövqelərlə bağlı fəryad qopardığı bir vaxta isə, Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşguldur” – deyə müəllif əlavə edir.

Qazaxda Yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb

1647970004 276074428 386768899582615 3397200391010144174 n

Qazaxda “TIR” aşıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan ağır tonnajlı “TIR”ın idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində Türkiyə vətəndaşı, sürücü, 1983-cü il təvəllüdlü Jokan Oskan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.