Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Qərb Xəbər bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.