Bölgə xəbərləri

“Turan Tovuz” panamalı futbolçu ilə müqavilə imzalayıb

23 mart / 09:57 1 dəq
00ae897e 7315 3019 ba65 2c5717c25357
23 mart / 09:57
Burada sizin reklamınız ola bilər

“Turan Tovuz” klubu yeni futbolçu transferini gerçəkləşdirib.

“Qərb Xəbər” verilən məlumata görə, panamalı Roderik Millerlə anlaşılıb.

31 yaşlı müdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Qeyd edək ki, Roderik Miller 31 dəfə Panama millisinin formasını geyinib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı