Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

AMEA: Ağstafa-Qazax zonasında Kür çayı məcrasından çıxa bilər

62baceed8467d62baceed8467e1656409837da77bc719cc7796fdee63adddb565bbc

Kür çayının keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var. “Qərb Xəbər” məlumat verir ki, bunu “APA”ya açıqlamasında AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib. O bildirib ki, Kür çayının həm Türkiyə, həm Gürcüstan, həm də Azərbaycan hissəsində neçə gündür güclü yağıntılar müşahidə edilir. Bu da Kür çayının və digər çayların səviyyəsinin müvəqqəti … Read more

Qazax Rayon küçələrinin natəmiz olması əhali üçün problem yaradır

9fcd71d8 01df 4ca5 9eaf b113675bdf4e

Qazax rayon Qarapapaq kəndin də zibil qutuları mövcud deyil. Buna görə də sakinlər zibilləri yolun kənarında toplayır. Bu isə kəndin həm görüntüsünü, həm də təmizliyini pozur.
Məsələ ilə bağlı kənd sakinləri “Qərb Xəbər“ə şikayətlərini danışıblar.

Kənd sakini Pəri Əliyeva bildirib ki, zibil qutularının olmaması onu narahat edir: “Kəndin küçələri natəmizdir. Zibillərin hamısı yol kənarlarına qoyulduğu üçün qoxusu evə dolur. İstəyərdim ki, küçəmizə zibil qabları qoyulsun və təmizlik olsun. Mən 64 ildir ki, burada yaşayıram. Bu günə qədər kəndə zibil qabları qoyulmayıb”. Eyni zamanda o bildirib ki, hər bir kənd sakinin bununla bağlı narazılıgı var.
Kənd sakini Qızbəz Şəhnərov da məsələ ilə bağlı öz narazılığını bildirib: ”Həftə də iki dəfə gəlib zibilləri yığırlar. Bizim küçədə daxil olmaqla heç bir küçədə zibil qabları olmayıb. 40 ildən çoxdur ki, bu kənddə yaşayıram və bu kənddə hər zaman belə olub. Qarşıdan yay fəsli gəldiyi üçün problemlər daha çox artacaq”.
“Qərb Xəbər” saytı olaraq məsələ ilə bağlı həm Qazax Rayon İcra Hakimiyyəti, həm Yaşıllaşdırma İdarəsi və həm də kənd bələdiyəsi ilə əlaqə saxlasaq da hər üç qurum problemin həllini bir-birində görüblər.

Qurbanov Ceyhun

Ərdoğan: “Bayden mənimlə görüşmək istəyir”

FotoJet (27)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə NATO Sammitində amerikalı həmkarı Co Baydenlə görüşə bilər. Bu barədə Ərdoğan sammit öncəsi hava limanında açıqlama verərkən deyib. “Bu səhər Baydenlə telefon danışığımız oldu. O, yenidən görüşmək istədiyini bildirdi. Biz də “olar” dedik. Lazım gələrsə, NATO Zirvəsində bir araya gələcəyik”, – deyə o qeyd edib. Ərdoğan bildirib … Read more

Fərid Qayıbov Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanış olub

40e81727 0029 3f0e bfd5 6e1845f5247d

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın bir sıra şəhər və rayonlarında səfərdə olub.

“Qərb Xəbər” məlumat verir ki, səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olan F.Qayıbov mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq tapşırıqlar verib.

O, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlanıb, həmçinin Gəncə şəhərində tikilməkdə olan İdman Sarayının tikintisi ilə tanış olub.

Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı nazir sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.

F.Qayıbov Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, Olimpiya İdman Kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksdə müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək

62baaeeeb0b6d62baaeeeb0b6e1656401646edf5a0233d9f8912d8762070be7b3685

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, döyüş sursatlarının utilizasiya prosesi 29.06.2022 – ci il tarixdən 02.07.2022 – ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə … Read more

Ötən gün Gədəbəy və Şəmkirə güclü yağış yağıb

841703a6 2b68 3de1 90c9 8fdb54f2c4d8

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. “Qərb Xəbər” Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyunun 28-i saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Düşən yağışın miqdarı Gədəbəydə 16.0 mm, Şəmkirdə 5.0 mm olub. İyunun 27-də Gədəbəy … Read more

“Turan Tovuz” ilk transferlərini gerçəkləşdirib

0a078141 85da 3e4e 8108 8c246d18dd57

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” ilk transferlərini gerçəkləşdirib.

Klubun Mətbuat xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.

Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu “Şamaxı” olub.

Qazaxda Kürün səviyyəsinin qalxması ilə bağlı qabaqlayıcı tədbirlər görülür

7b87a52ca1fae69b26e7c863942658d4

İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında suyun səviyyəsi artıb. Bu səbəbdən daşqın və sel hadisələri qeydə alınır.

“Qərb Xəbər” bildirir ki, son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Qazax rayonu ərazisindən axan Kür çayında da yağan yağışlar nəticəsində suyun səviyyəsində artım müşahidə olunur.

Rayonun Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində Kür çayında suyun səviyyəsində artım müşahidə edilməkdədir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən həmin kəndlərdə sakinlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür. Lakin buna baxmayaraq adları qeyd edilən kəndlərdə sakinlərin təhlükəsizlik tədbirlərinə riayət etmələri, xüsusilə də Kür çayı ətrafında heyvandarlıqla məşğul olan sakinlərin diqqətli olmaları, mal-qaralarını həmin ərazilərdən çıxarmaları tövsiyə olunur.

Onu da qeyd edək ki, artıq çay ətrafı ərazilərdən heyvanların çıxarılmasına başlanılıb.

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi son sutkada 88 sm artıb

B6288516 32aa 3394 804d 4f9457fd0deb

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb. “Qərb Xəbər” bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir. Bildirilib ki, 28 iyun saat 08:30-a olan məlumata əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi … Read more

Xaricdə təhsil almaq üçün müsahibə mərhələsinə başlanılıb

Indir (2)

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə başlanılıb. Bu barədə “Qərb Xəbər”ə Təhsil Nazirliyindən məlumat verilib. Müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında … Read more

Qazaxda elektrik cərəyanı bir nəfərin həyatına son qoyub

Meyit

Qazax rayonunda ehtiyatsızlıq edən yerli sakini elektrik cərəyanı vuraraq öldürüb. “Qərb Xəbər” in məlumatına görə, hadisə Canallı kəndində qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü M.Əlizadə avtomobilini yuyan zaman elektrik cərəyanı onu vuraraq öldürüb. Faktla bağlı araşdırmalara başlanılıb.

Tovuzda ağır yol qəzası baş verib

925ca2e7eee5d39

“Qərb Xəbər”in məlumatına görə,Tovuz  rayonun Aşağı Quşçu kəndində “VAZ-2106” markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər. Daha 3 nəfər – 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov … Read more

Prezident: “Azərbaycan nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək”

124460

“Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək”. ‘Qərb Xəbər’ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı bildirib. Azərbaycanın bütün bu işləri öz maliyyə resursları … Read more

Tovuzda evə ildırım düşüb

62b97b0609bcf62b97b0609bd0165632282262b97b0609bcd62b97b0609bce

Dünən Tovuzda evə ildırım düşüb. ‘Qərb Xəbər’in məlumatına görə, hadisə rayonun Eldəniz Quliyev küçəsi, ikinci dalanda qeydə alınıbGüclü yağışdan sonra rayon sakini Elnur Bağırova məxsus evə ildırım düşüb. İldırım nəticəsində, evin dam örtüyü alovlanıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb … Read more

İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”

460f3d0c edf3 38f3 b503 cb9463d7ee41

“Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”. “Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Katovitsa şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasının iştirakçılarına videoformatda çıxışında deyib. “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından … Read more

“Rusiya Avropanın onu regiondan sıxışdırıb çıxardığını düşünür” – Politoloq

Lavrov2

  Rusiya Xarici İşlər naziri (XİN)Sergey Lavrovun Azərbaycan səfərində müzakirə olunan movzular və imzalanan sənədlərin mahiyyəti cəmiyyətdə maraq doğurmaqdadır.Bakı səfərində Sergey Lavrov Minsk qrupu ilə bağlı danışıb. O, Minsk qrupunun digər həmsədr ölkələrin fəaliyyətini dayandırdığını deyib. Bundan başqa regionda sülhün yaradılması ilə bağlı üç tərəfli görüşün gedişatı ilə bağlı müsbət fikirlər səsləndirib. Hər zaman olduğu … Read more

Azərbaycan Prezidenti İƏT-in Baş katibini qəbul etdi

16563146575443336210 1000x669

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edib. ‘Qərb Xəbər’ bildirir ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirib. Dövlətimizin başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq … Read more

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq

598581e491b1d hava

İyunun 28-ə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil … Read more

Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib 

AXWaUM5zNb257e0luO3xxc1KLDk3A26kTj4XuUQ8

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. ‘Qərb Xəbər’in xəbərinə görə, toplantıda Azərbaycanı XİN başçısı Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanı isə XİN başçısı Muxtar Tleuberd və sənaye və infrastrukturun inkişafı … Read more