Bölgə xəbərləri

Tovuzda evə ildırım düşüb

27 iyun / 13:55 1 dəq
62b97b0609bcf62b97b0609bd0165632282262b97b0609bcd62b97b0609bce
27 iyun / 13:55
Burada sizin reklamınız ola bilər

Dünən Tovuzda evə ildırım düşüb.

‘Qərb Xəbər’in məlumatına görə, hadisə rayonun Eldəniz Quliyev küçəsi, ikinci dalanda qeydə alınıbGüclü yağışdan sonra rayon sakini Elnur Bağırova məxsus evə ildırım düşüb. İldırım nəticəsində, evin dam örtüyü alovlanıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub.

Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər