Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
“Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, döyüş sursatlarının utilizasiya prosesi 29.06.2022 – ci il tarixdən 02.07.2022 – ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.