Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
“Qərb Xəbər” Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyunun 28-i saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağışın miqdarı Gədəbəydə 16.0 mm, Şəmkirdə 5.0 mm olub.
İyunun 27-də Gədəbəy rayonuna saat 18:00 radələrində stansiyaya leysan yağışla birgə xırda dolu, Daşbulaq, Qaradağ kəndlərinə diametri 33-35 mm, Arıqdam kəndinə 35-37 mm, Söyüdlü kəndinə 26 mm, 18:40 radələrində rayonun Slavyanka və Maarif kəndlərinə 24-26 mm olan dolu düşüb.
İyunun 27-də yağan güclü leysan nəticəsində saat 18:00-19:00 radələrində Gədəbəy rayonunun aşağı hissəsindən və saat 17:10 radələrində Şin çaydan (Şəki) sel keçib.