Dünya

Səudiyyə Ərəbistanı DÇ-2030-un ev sahibliyindən imtina edib

23 iyun / 11:19 1 dəq
46fc901f 985e 3a7a 8594 d21ae5f3f2e0
23 iyun / 11:19
Burada sizin reklamınız ola bilər

Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatının ev sahibliyindən imtina edib.

“Qərb Xəbər” “Marca”ya istinadən məlumatına görə, ərəb ölkəsi DÇ-2030-u Yunanıstan və Misirlə birgə qəbul etmək fikrindən vaz keçib.

Asiyalılar bunun üçün FIFA-ya ərizə təqdim etməli idilər. Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri tərəfdaşlara geri çəkildiklərini bildirib. O, əsas rəqibləri hesab olunan İspaniya, Portuqaliya və Mərakeşi üstələməyin qeyri-mümkün olduğunu vurğulayıb.

Həmçinin, Argentina, Uruqvay, Paraqvay və Çili də DÇ-2030 üçün birgə müraciətə hazırlaşırlar.

Paylaş
Burada sizin reklamınız ola bilər