Şəmkirdə sərnişin avtobusu qəzaya uğrayıb. Nəticədə 3 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yaralılardan 1-nin vəziyyəti ağır, 6-nın vəziyyəti isə orta-ağırdır. Xəsarət alanlara tibbi yardım göstərilir.
***
Şəmkir rayonunun Qaracəmilli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, “Mercedes” markalı mikroavtobus “VAZ-2107” markalı minik avtomobili ilə toqquşduqdan sonra aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.