Azərbaycan Milli Məclisinin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub.
Gündəliyinə 18 məsələ daxil olan iclas mayın 17-də keçiriləcək.
Bunlar “Dövlət rüsumu haqqında”, “Telekommunikasiya haqqında”, “Yol hərəkəti haqqında” qanunlarına, eləcə də Mülki, İnzibati xətalar məcəllələrinə dəyişiklik layihələridir.
İclasda yeni hazırlanan “Standartlaşdırma haqqında” (üçüncü oxunuş), “Texniki təmizləmə haqqında” (ikinci oxunuş) qanun layihələrinə də baxılacaq.