Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin son qərarını yanlış şərh etməsi mənasız cəhddir”

7 iyul / 16:12 3 dəq
1ba1ea69 b029 3f53 832d 8ea7a7a8d5b7
7 iyul / 16:12
Burada sizin reklamınız ola bilər

“Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır”.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı rəsmi İrəvanın vəsatətini rədd etməsinə dair bəyanatında bildirilib.

Qeyd olunub ki, iyulun 7-də Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın 2023-cü il 12 may tarixli vəsatətini rədd edərək, Ermənistanın Azərbaycana qarşı işində məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı tələbini rədd edib.

“Erməmistanın Laçın sərhəd-keçid məntəqisinin ləğvi ilə bağlı iddiaları əsassızdır. Biz Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən qərarını alqışlayırıq və Ermənistanın keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbinin əsassız olduğunu bildiririk. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi mənasız cəhddən başqa bir şey deyil”, – nazirliyin bəyanatında vurğulanıb.

Bildirilib ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi yaratmaq qərarı ölkənin suveren hüquqlarına daxildir: “Bu, ərazimizə qeyri-qanuni olaraq silah, hərbi texnika göndərilməsinin dayandırılması zərurətindən irəli gəlirdi. Bundan başqa, sərhəd-keçid məntəqəsi yaradılandan bəri etnik erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəliklərinin tələb etdiyi kimi, heç bir ayrı-seçkilik olmadan məntəqədən keçirlər. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin tələblərini və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə davam edir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı