Dünya

Araqçı: İranın nüvə obyektlərinin vurulması BMT qətnamələrinə ziddir

6 iyul / 21:52 1 dəq
Araqçı
6 iyul / 21:52
Burada sizin reklamınız ola bilər

ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu fikri İranın xarici işlər naziri Abbas Araqçi BRICS sammitinin Rio-de-Janeyroda keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, İran İslam Respublikasının nüvə proqramı hər zaman dinc məqsədli olub və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ciddi nəzarəti altında həyata keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər