Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxda Kürün səviyyəsinin qalxması ilə bağlı qabaqlayıcı tədbirlər görülür

28 iyun / 10:58 2 dəq
7b87a52ca1fae69b26e7c863942658d4
28 iyun / 10:58
Burada sizin reklamınız ola bilər

İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında suyun səviyyəsi artıb. Bu səbəbdən daşqın və sel hadisələri qeydə alınır.

“Qərb Xəbər” bildirir ki, son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Qazax rayonu ərazisindən axan Kür çayında da yağan yağışlar nəticəsində suyun səviyyəsində artım müşahidə olunur.

Rayonun Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində Kür çayında suyun səviyyəsində artım müşahidə edilməkdədir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən həmin kəndlərdə sakinlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür. Lakin buna baxmayaraq adları qeyd edilən kəndlərdə sakinlərin təhlükəsizlik tədbirlərinə riayət etmələri, xüsusilə də Kür çayı ətrafında heyvandarlıqla məşğul olan sakinlərin diqqətli olmaları, mal-qaralarını həmin ərazilərdən çıxarmaları tövsiyə olunur.

Onu da qeyd edək ki, artıq çay ətrafı ərazilərdən heyvanların çıxarılmasına başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı