Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi Azərbaycan bölmələri tərəfindən aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Oktyabrın 29-u saat 15.18 radələrində dəqiq atəşlə qarşı tərəfin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.
Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik: