“Turan Tovuz” klubu dörd futbolçu ilə vidalaşıb.
Bölgə təmsilçisindən “Qərb Xəbər”ə verilən məlumata görə, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə yollar ayrılıb.
Oyunçuların mövsümün sonunda başa çatan müqavilələri yenilənməyib.