ABŞ Çexiyaya 5,62 milyard dollar dəyərində F-35 qırıcı-bombardmançı təyyarələri və sursat tədarük etmək niyyətindədir.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Departamenti və Pentaqona daxil olan müvafiq hökumət departamenti məlumat yayıb.
Dövlət Departamenti təxmini dəyəri 5,62 milyard dollara qədər olan F-35 təyyarələri, döyüş sursatları və müvafiq avadanlıqların Çexiya hökumətinə mümkün satışını təsdiqləmək barədə qərar qəbul edib.