Kateqoriyasız

Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçib

29 oktyabr / 15:48 1 dəq
B875b0fb 7a71 3c6b 9583 959f48fc743b
29 oktyabr / 15:48
Burada sizin reklamınız ola bilər

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 53 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 636 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 331 min 287 test aparılıb. Bugünkü test sayı isə 11 813-dür.

Paylaş
Burada sizin reklamınız ola bilər