Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Rusiya Avropanın onu regiondan sıxışdırıb çıxardığını düşünür” – Politoloq

2 ay ago
A A
lavrov2

 

Rusiya Xarici İşlər naziri (XİN)Sergey Lavrovun Azərbaycan səfərində müzakirə olunan movzular və imzalanan sənədlərin mahiyyəti cəmiyyətdə maraq doğurmaqdadır.Bakı səfərində Sergey Lavrov Minsk qrupu ilə bağlı danışıb. O, Minsk qrupunun digər həmsədr ölkələrin fəaliyyətini dayandırdığını deyib. Bundan başqa regionda sülhün yaradılması ilə bağlı üç tərəfli görüşün gedişatı ilə bağlı müsbət fikirlər səsləndirib. Hər zaman olduğu kimi bu dəfə də Rusiya XİN rəhbəri Azərbaycanda rus dilinə verilən önəmin əhəmiyyəti barədə danışıb.

“Lavrovun bu səfəri Rusiya üçün çətin bir dövrdə gerçəkləşdi”

Bu sözləri “Qərb Xəbər”ə açıqlamasında politoloq Oktay Qasımov deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan arasında Avropa Birliyinin təşkilatçılığı ilə baş tutmuş görüşdən Rusiyada xoş qarşılanmayıb: “Rusiya Ukraynada ciddi bir bataqlığa saplanıb və orada hər şey istədiyi kimi cərəyan etmir. Rusiyanın planları Ukraynada tamamilə pozulub. Rusiya bütün dünyadan izoliyasiya olunmuş bir vəziyyətdədir. Bütün bunlara baxmayaraq Avropa Birliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında üç tərəfli görüşmələr oldu. Xüsusilə, 22 May görüşündə sərhədlərin demarkasiya ve delimitasiyası, sülh müqaviləsi və başqa məsələlər gündəmə gətirildi. Bu da Rusiya tərəfindən heç də xoş qarşılanmadı. Rəsmi Kremlin hesab edir ki, Avropanın atdığı bu addımlar regionda Rusiyanın sıxışdırılmasına yönəlib”.

694d045b-985a-44b3-adbe-6956b5dd2ef5

Politoloq Sergey Lavrovun Misk qrupun fəaliyyəti ilə bağlı dediklərinə də toxunub: “Lavrov hələ aprel ayında Ermənistanın Xarici İşlər naziri ilə görüşü zamanı Minsk qrupunun fəaliyyətinin mümkünsüz olduğunu söyləmişdi. Minsk qrupu Azərbaycan və Ermənistan arasındakı məsələlərin həllində heç bir pozitiv addım atmadı, sadəcə olaraq onun fəaliyyəti bu prosesin dondurulmasına və əbədiləşməsinə xidmət etdi. Rusiyanın da Minsk qrupuna ehtiyac duymaması Azərbaycanın da maraqları ilə üst-üstə düşür. Azərbaycan cəmiyyəti Minsk qrupunu Azərbaycan və Ermənistan arasındakı münasibətlərin. normallaşmasına tövhə verəcək bir qurum kimi qəbul etmir”.

Oktay Qasımov Azərbaycan və Rusiya arasında informasiya təhlükəsizliyi ilə bağlı imzalanmış sənəd barədə danışıb. O, imzalanmış sənədin 22 fevral tarixində iki ölkə arasında müttəfiqlik haqda bəyanatın bəndlərindən biri olduğunu deyib: “İmzalanmış sənəddə açıq şəkildə göstərilir ki, hər iki ölkədə fəaliyyət göstərən, informasiya məkanında qarşı tərəfin maraq və mənafelərinə zidd informasiya yayılmaması üçün müəyyən öhdəliklər nəzərdə tutulur. Təəssüf ki, Rusiya ənənəvi olaraq öz imzasına hörmət etmədi və biz Rusiya informasiya məkanında Azərbaycan əleyhinə xeyli sayda məlumatlara və Azərbaycana qarşı xüsüsi təbliğatlara hələ də rast gəlməkdəyik. Ukraynada müharibə getdiyi bir vaxtda Azərbaycanın bir xeyli xəbər saytları Rusiyada bloklandı, bu da əlbətdə ki, xoş qarşılana bilməz. Azərbaycanın da bir müddət sonra bununla bağlı addımı oldu və Rusiyanın saytlarının birinin fəaliyyəti Azərbaycanda dayandırıldı”.

O.Qasımov rus dili məsələsinin Rusiyanın siyasi təzyiq vasitəsi olduğunu vurğulayıb: “Azərbaycan çox millətli bir ölkədir. Hələ 1992-ci ilin 16 Sentyabrda milli azlıqların və etnik qrupların hüqüqlarının təmin olunması ilə bağlı prezident fərmanı imzalanıb. Hesab edirəm ki, rus dilli məktəblər dövlət büdcəsi hesabına deyil, özəl statusda olmalıdı və bu dildə təhsil almaq istəyənlər ödəniş edib bu dildə təhsil ala bilərlər. Sadəcə olaraq dil məsələsi Rusiya üçün siyasi təzyiq elementinə çevrilib”.

Rahib İsgəndərli

Son xəbərlər

5cd915d99ae9f_ITKINQIZ-1

Şəmkirdə itkin düşən qadın Bakıda tapılıb

18 Avqust 2022
3

Qarabağ qazisi özünü yandırıb

18 Avqust 2022
49df243b-0bfb-343c-a320-02415d0f84e4_850

Kolleclərə ixtisas seçimin nəticələri açıqlanıb

18 Avqust 2022
54254ecb-562c-31a5-92e8-be256799ac6d_850 (2)

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

18 Avqust 2022
sofulu

“Zor gücünə olsa belə Qazaxın kəntlərini qaytarmalıyıq” – Şərh

18 Avqust 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.