Prezident: “Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti yüksək qiymətləndirilir”

D2489a8c 7e21 3a91 bc06 297f34e36c4e

“Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkənin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə … Read more

Tovuzda mülki müdafiə məşqi keçirilib

2 (1)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Tovuz rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

“Qərb Xəbər”in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə FHN Gəncə Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Tovuz Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı və Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.

Gənc düşüncə proqramı / Məhərrəm Göyüşoğlu&Fədail Paşazadə | Radio Qərb

Gənc düşüncə

Gənclər asudə vaxtlarını necə keçirir? Onların problemləri nələrdir? Təhsil, yoxsa təcrübə? Gənclik çağının səmərəli keçirilməsi üçün hədəfimizi necə seçməliyik?

Bütün bunlar “Gənc düşüncə” proqamında.

Aparıcı: Məhərrəm Göyüşoğlu
Qonaq: Fədail Paşazadə

MN: “Seyfəlidə döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək”

0e969552 bf50 3e16 858c b796515ae3e6

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Döyüş sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat … Read more

Ay tutulması başa çatıb

F7b0ca61 f244 3987 90ef 20d293e80c37

Bu ilin Ay tutulması başa çatıb. “Qərb Xəbər”in xəbərinə görə, bu, tam Ay tutulması kimi qeydə alınıb. 07:29-da başlayan tutulma saat 8:53-də yekunlaşıb. Maksimum tutulma saat 8:11-də başa çatıb. Bu təbiət hadisəsi Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyadan izlənib. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində təbii hadisənin foto və videogörüntüləri yayılıb.

Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin Hava Limanının açılışında iştirak ediblər 

39ecebc6 d2ed 3a0d b028 470afdbda60f

Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanının rəsmi açılış mərasimi olub. “Qərb Xəbər” bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. İki ölkə liderləri mərasimdə nitq söyləyiblər. Dövlət başçıları hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Sonra Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub. Prezident iki ölkə … Read more

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib

Qerbxeber 20220514

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qərb Xəbər” məlumat verir ki, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb. Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlardan biri Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Bahar Şakir qızı Əfəndiyevadır. Yarılılar … Read more

Qərb bölgəsində KOB Fest sərgi-satış yarmarkası keçirilməyə davam edir

280197711 311004911212238 7712587845216898179 n

Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 13-də Gəncə şəhərində “Xan bağı”nın ərazisində təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş yarmarka sayca üçüncüdür. Bundan əvvəl “KOB Fest” Şəmkir rayonunda təşkil edilib.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Gəncə “KOB Fest”də 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri təqdim edilib. Gəncə, Göygöl, Daşkəsən, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sahibkarlar tərəfindən yarmarkada qida, tekstil, zərgərlik məhsulları, mebel, bank, təhsil, tibb və reklam xidmətləri, hədiyyəlik əşyalar, əl işləri nümayiş olunub.
“KOB Fest” çərçivəsində həmçinin, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçirilib, biznes xidmətlər göstərilib, mədəni-əyləncəli proqram təşkil edilib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

Pay torpaqlarının dövlət qeydiyyatı üçün rüsum ləğv edilib

627e49baa6e63627e49baa6e6416524435785bd16d864248aa7d10daf2d4abbe0fe4

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Qərb Xəbər” bildirir ki, dəyişikliyə əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət … Read more

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunda dəyişiklik edilib

387076f4 e0aa 3f8c ad0b 8bb0bda6f61d

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilib. “Qərb Xəbər” məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmanla “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda aşağıdakı dəyişikliklər edilir: 2.3-cü bənddən “(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər xüsusi təhsil … Read more

Regional Təhsil idarələrinin PR fəaliyyəti üzrə görüş keçirilib

03 13.05.22

Mayın 13-də Regional Təhsil idarələri tərəfindən PR və kommunikasiya işinin təşkili ilə bağlı onlayn görüş keçirilib. “Qərb Xəbər” Təhsil Nazirliyinə istinadən bildirir ki, görüşdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları, Regional Təhsil idarələrinin müdirləri və idarələrə daxil olan bölgələr üzrə PR əməkdaşları iştirak ediblər. Görüşdə yeni yaradılmış idarələr tərəfindən ictimaiyyətin düzgün və dolğun məlumatlandırılması, sosial media … Read more

Mayın 21-i və 22-də qəbul imtahanı keçiriləcək

1648880949 modern.az imtahan

Dövlət İmtahan Mərkəzi mayın 21-də III ixtisas qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. “Qər Xəbər” Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, mayın 22-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, … Read more

Pensiyaya çıxma şərtləri yumşaldılır – 20 min vətəndaş yararlanacaq

Pension pensiya e1544447099935 1068x653

Bir sıra istiqamətlərdə vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılması gözlənilir. “Qərb Xəbər“in məlumatına əsasən, bununla bağlı “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlara və Əmək Məcəlləsinə dəyişiklik təklif edilir. Milli Məclisin iclasında layihələr üçüncü müzakirəyə çıxarılıb. Bildirək ki, “Əmək pensiyaları haqqında” qanuna ümumilikdə 10 maddə üzrə 40 dəyişiklik olunur. Sənəddə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, … Read more

Övladlığa götümə ilə bağlı müraciətlərin sayı açıqlanıb

627e085d6ba56627e085d6ba571652426845af64324f4ab232d754ab29bf9261c4c5

2019-cu ilin noyabrın 1-dən bu günə kimi övladlığa götürmə ilə bağlı 643 vətəndaş Sosial Xidmətlər Agentliyinə müraciət edib. “Qərb Xəbər” məlumat verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev “Sosial saat”da deyib. O bildirib ki, sistem yeni yarandığı üçün təkcə 2020-ci ildə 157 vətəndaş müraciət etmişdi. “Bu gün müraciət edən vətəndaşlar daha … Read more

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Şuşada keçiriləcək görüşünün tarixi açıqlanıb

1577084681 f0acc88d 105e 471b b4cb 96e3cc4fc2f5

Gələn həftə Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək. “Qərb Xəbər”in xəbərinə görə, toplantı mayın 22-də baş tutacaq. İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə bəlli olacaq.

Türkiyə tırları “Sınıq körpü”də gözlədilir – Niyə?

2

Gürcüstan və Türkiyə tırları günlərdir “Sınıq körpü” sərhəd-keçid məntəqəsində gözlədilir. Tırların sərhəd-keçid məntəqəsindən nə zaman keçib-keçməyəcəyi bəlli deyil.

“Qərb Xəbər”in reportyor qrupu məsələni araşdırmaq üçün “Sınıq körpü”də olub, tır sürücülərinin şikayətlərini dinləyib.

Sürücülər əsas problem kimi əlaqədar qurumların onların suallarını cavabsız qoymalarını göstərirlər.

Sürücülər onu da vurğulayırlar ki, Rusiya-Ukrayna müharibəsi də onların işinə təsir edir. Belə ki, tırların hərəkət etdiyi marşrut üzrə sərhədlərin bağlı olduğu bildirilir.

Sərhəddə gözlədilməklə yanaşı, maddi baxımdan da ziyana düşürlər. Bildirirlər ki, günə azı 30 manat xəcləri çıxır.

Məsələ ilə bağlı “Sınıq körpü” sərhəd-keçid məntəqəsinin rəhbərliyindən də açıqlama almağa çalışdıq, lakin hər hansı bir cavab ala bilmədik.

Məsələni diqqətdə saxlayacağıq.

Gəncədə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

5c0c316d 3c67 3092 9154 c7890e793c4d

Qafqaz İslam Ordusunun Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsi əbədiləşdirilməsi üçün təməl qoyma mərasimi keçirilib. “Qərb Xəbər” Report-a istinadən xəbər verir ki, Şah Abbas Məscidinin yaxınlığında Qafqaz İslam Ordusunun 11 iyun 1918-ci il tarixində Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün ucaldılacaq abidənin təməlqoyma mərasimi olub. Mərasimdə Türkiyənin Gəncədəki Baş … Read more

Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş keçirilir

00b7fe45 15c7 3612 9856 bba569c1c3f4

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov teleqramda məlumat yayıb. Qeyd edək ki, görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilir. “Bu gün burada bizim … Read more

Qazaxda kümçülərə 73 qutu ipəkqurdu toxumu paylanılıb

4c89433cffc424810694ca292146419f

“Cari ildə kümçülər tərəfindən 2800 kq yaş baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 73 qutu ipəkqurdu toxumu paylanılıb”.

Qərb Xəbər”in xəbərinə görə, bu barədə məlumatı Qazax Rayon İcra Hakimiyyəti yayıb.

Mayın 11-də Qazax Rayon İcra Hakimiyyətinin  nümayəndələri  rayonda ipəkqurdu toxumu paylanılmış Aşağı Salahlı, Çaylı, Kosalar, Hüseynbəyli, Cəfərli, Xanlıqlar kəndlərində olub, ipəkqurdu toxumunun saxlanma şəraiti ilə tanış olublar.

Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən tələb olunan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.

Kəndlərdə barama yetişdirən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.

Bu il artıq yeddinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir.