EBRD Gəncəyə 10 milyon avro sərmayə ayıracaq

627ced6625d58627ced6625d591652354406627ced6625d53627ced6625d56

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bərk məişət tullantılarının idarə olunması sahəsində təkmilləşdirmələr üçün Gəncəyə 10 milyon avro sərmayə ayıracaq.

Qərb Xəbər” bildirir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) məlumat yayıb.

Məlumata görə, bu gün EBRD-nin I vitse-prezidenti Yurgen Rigterink, maliyyə naziri Samir Şərifov və Gəncə ŞIH-in başçısı Niyazi Bayramov arasında saziş imzalanıb. Layihə Gəncənin Bankın “Yaşıl Şəhərlər” proqramına cəlb edilməsinin bir hissəsidir və bununla bağlı “Tədbirlər Planının inkişafına təkan verəcək. Bu əməkdaşlıqdan 300 000-dən çox insan faydalanacaq.

10 milyon avroluq kredit tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemlərinin tətbiqinə sərf olunacaq. Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “yaşıl” nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. Bugünkü razılaşma müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarının təkmilləşdirilməsinin başa çatdırılmasına yönəlmiş növbəti layihəyə yol açacaq.

Tullantıların toplanması xidmətlərinin əhatə dairəsinin artırılması və genişləndirilməsi tullantıların nəzarətsiz yandırılmasını minimuma endirəcək, eyni zamanda əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcək. Bu tədbirlər həmçinin kommunal xidmət sahəsi işçilərinin iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

5 milyard avro dəyərində olan EBRD “Yaşıl Şəhərlər” proqramı üzv şəhərlərə xüsusi olaraq “Yaşıl Şəhər” Tədbirlər Planı hazırlamaq və hər bir şəhərin şəhər problemlərini həll etmək üçün məqsədyönlü sərmayələr etməklə, ən aktual ekoloji problemlərini müəyyən etmək, prioritetləşdirmək və həll etmək üçün dəstək verir. Gəncə bu proqrama 2020-ci ildə qoşulub. Hazırda “Yaşıl Şəhərlər” proqramının 56 üzv şəhəri var.

EBRD Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox sərmayə yatırımı edib. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.

Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

627cf3a821768627cf3a8217691652356008627cf3a821766627cf3a821767

Bu gün Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

“Qərb Xəbər” APA-ya istinadən bildirir ki, yarışın keçirilməsinin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlıdır.

Tədbirin açılış mərasimində FHN-nin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli çıxış edərək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından danışıb.

Çıxışlarda gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən bəhs olunub. Tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıblar, iştirakçılara uğurlar arzulayıblar. Yarış “kombinə edilmiş yanğın estafeti”, “maneələr zolağı”, “komandaların təqdimatı” və “gənc ekspertlər müsabiqəsi” adlı dörd mərhələdən ibarət olub.

Yarışların yekunlarına əsasən, 1-ci yerə Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəb, 2-ci yerə Ağstafa rayonu A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbi, 3-cü yer Gədəbəy rayonu Zəhmət kənd tam orta məktəbinin komandası layiq görülüb.

Yarışda fərqlənmiş komandalar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunublar. Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Marneulidə məscid tikintisinə icazə tələb edən sakinlər aksiya keçiriblər

627cdafed15d9627cdafed15da1652349694627cdafed15d5627cdafed15d7

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Axlı Lələ kənd sakinləri məscid tikintisinə icazənin verilməməsi səbəbi ilə etiraz aksiyası keçiriblər. “Qərb Xəbər” “24news.ge” portalına istinadən xəbər verir ki, sakinlər bir ildən çoxdur ki, kənddə məscidin tikintisinin qarşısının alınması məqsədilə süni əngəllərin yaradıldığını bildiriblər. Aksiyaya Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və idarənin digər əməkdaşları da … Read more

14 mindən çox şagird imtahan verəcək

1648880949 modern.az imtahan

Dövlət İmtahan Mərkəzi mayın 15-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. “Qərb Xəbər”in DİM-ə istinadən məlumatına görə, imtahanlar 15 şəhər və rayonda təşkil olunur və 14 112 nəfərin iştirakı nəzərdə tutulur 2022-ci il mayın 15-də: – əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; – müsabiqədə buraxılış imtahanında … Read more

“Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da, səni tutduracağıq”

Ilk

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. “Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki,  bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ifadəsini davam etdirib. Cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qalmasından söz … Read more

Kəlbəcərdəki Azərbaycan mövqeləri atəşə tutulub

Befcf468 3015 3c44 8de5 74a1d3e9c65f

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən … Read more

Subbakalavrlar qeydiyyatdan keçə bilərlər

Ba579ca4 e73f 39e4 bb1a 4451ce07940a

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq … Read more

Tovuzda keçmiş məhkəmə sədrini güllələyən biznesmenin cəzası artırılıb

627b7160b9e36627b7160b9e371652257120627b7160b9e34627b7160b9e35

Tovuzda keçmiş məhkəmə sədri Firudin Ələkbərovu qətlə yetirən iş adamı Əli Şəmiyevin cəzası ağırlaşdırılıb. “Qərb Xəbər” APA-ya istinadən bildirir ki, bununla bağlı Gəncə Apellyasiya Məhkəməsi qərar çıxarıb. Əli Şəmiyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Daha sonra apellyasiya məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Hökmdən narazı qalan dövlət ittihamçısı … Read more

Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi görüşlər – Qrafik

C94a7ce2274b71c969ceb6e833f81cb4

S/S İnzibati Ərazi Dairəsinin adı Yaşayış məntəqəsinin adı Ünvan Qəbulun keçiriləcəyi tarix və saat 1. Birinci Şıxlı Birinci Şıxlı kəndi Birinci Şıxlı kənd tam orta məktəb 05.05.2022 Saat 16:00 2. Daş Salahlı Daş Salahlı kəndi Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb 12.05.2022 Saat 15:00 3. Aşağı Salahlı Aşağı Salahlı kəndi Aşağı Salahlı kənd … Read more

Prokurorluq DSX-nin gizirinin ölümü ilə bağlı məlumat yayıb

168335 7d5mllg5c2

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib. “Qərb Xəbər”in məlumatına görə, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Hərbi Prokurorluq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun intiharı ilə bağlı faktı “Report”-a təsdiqləyib. Qurumun Mətbuat Xidmətinin yaydığı məlumatda … Read more

Şəmkir rayonunda vahid əlaqələndirmə mərkəzi açılıb

Image 380x226 627b4dbf6f456

Şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərin  müraciətlərinin qəbulu məqsədilə daha 3 rayonda  –  Şəmkir, Qusar və Salyan rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət … Read more

Pensiyalar nə vaxt ödəniləcək?

Manat

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Ağstafada təbii qazın verilişində fasilə yaranacaq

FB IMG

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazisində olan hissəsində qaz sızması aşkar olunub. “Qərb Xəbər” “Azəriqaz”a istinadən xəbər verir ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, … Read more

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək

Mudafie nazirliyi

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. “Qərb Xəbər” bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir. Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi … Read more

Şəmkirdə KOB Fest sərgi-satış yarmarkası keçirilib

Cef78a67 3df8 3259 ba07 94b71960a8f0

Şəmkir rayonunda KOB Fest sərgi-satış yarmarkası təşkil olunub.

“Qərb Xəbər” bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş yarmarkada Şəmkir, Tovuz, Daşkəsən və Göygöl rayonlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar məhsul və xidmətlərini, əl işlərini təqdim ediblər.

Ümumilikdə yarmarkada 70-ə yaxın KOB subyekti tərəfindən 800 adda qida və qeyri–qida məhsulları, bank və sığorta xidmətləri, əl işləri, sənətkarlıq nümunələri nümayiş olunub.

KOB Fest çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçirilib, biznes xidmətlər göstərilib, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunub.

“KOB Fest”in təşkilində məqsəd bölgədə KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Qeyd edək ki, ilk KOB Fest sərgi-satış yarmarkası Gəncə də təşkil olunacaqdır.

Xələf Xələfov: “Qazaxın 7 kəndinin qaytarılması həllini tapacaq”

Maxresdefault

“Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır”. “Qərb Xəbər”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. “Bu ərazilər Azərbaycan ərazisidir. Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq”, – X.Xələfov əlavə edib.

Prezident incəsənət xadimlərini təltif edib – Siyahı

C2f59911 492d 3cd9 a414 3337c73a2237

Azərbaycan Prezidenti İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. “Qərb Xəbər”in xəbərinə görə, sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. Abbasova-Budaqova Afaq Nurəhməd qızı Abdurahmanov Yusif Fikrət oğlu Abutalıbov Şirzad Əsəd oğlu Adıgözəlov Yalçın Vasif oğlu Ağakişiyev Rauf Fikrət oğlu Ağaverdiyeva Məsməxanım … Read more