Kəlbəcərdəki Azərbaycan mövqeləri atəşə tutulub

677a8b24 b0c9 31a9 946f 4fff12d8cc6b

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda … Read more

Şəmkirdə sorğu: Əhməd Cavadı tanıyırsınızmı?

Siyah Beyaz Şekiller ve Küçük Aygıtlar İpuçları ve Tüyolar YouTube Önizleme Resmi (6)

Mayın 5-də Azərbaycan Respublikasının rəsmi dövlət himninin həmmüəllifi Əhməd Cavadın 130 illik yubileyi idi. Bildiyimiz kimi, o, 1892-ci ildə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində anadan olub.

“Qərb Xəbər” böyük şairin doğum günü münasibətilə budəfəki sorğuda məhz “Əhməd Cavadı tanıyırsınızmı?” sualına cavab axtarıb.

Gədəbəyə qar yağıb

62761e828aedc62761e828aedd165190822662761e828aed962761e828aeda

Gədəbəy rayonunun dağlarına qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü 1 sm olub”. “Qərb Xəbər” bildirir ki, bunu ETSN-İN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O qeyd edib ki, düşən yağıntının miqdarı Gədəbəy və Şəmkirdə 1 sm, Ağstafada isə 5 mm olub, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağıb”.  

Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

7a0486f1 40ff 38f4 a79f 696d91955259

Mayın 8-də Şəmkir rayonunda “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şəmkir sakinlərini və rayonun qonaqlarını yarmarkaya dəvət edir. “Qərb Xəbər” KOBİA-ya istinadən xəbər verir ki, yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. … Read more

XTQ-nin sərt şəraitdə təlimindən video

Xtq

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir. “Qərb Xəbər”  bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər. Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi … Read more

Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib

6274ff139403a6274ff139403b16518346436274ff13940386274ff1394039

Gəncədə təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı sahibkar və fermerlərin iştirakı regional müşavirə keçirilib.

“Qərb Xəbər” APA-ya istinadən məlumat verir ki, Gəncə şəhər İcra Hakimiyyətində baş tutan regional müşavirədə Gəncə İH-nin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, rayon icra hakimiyyətlərinin, “Azərişıq” və “Azəriqaz” ASC-lərin nümayəndələri, qərb bölgəsinin sahibkar və fermerləri iştirak ediblər.

Görüşdə insan ehtiyatsızlığı və digər səbəblərdən yaranan meşə yanğınları və onların qarşısının alınması istiqamətində maarifləndirici məlumatlar verilib.

Gəncə Şəhər İH-nin başçısı Niyazi Bayramov yanğın təhlükəsizliyi ilə bağlı hər kəsə ehtiyatlı olmağı tövsiyə edib. N. Bayramov hamını diqqətli olmağa çağırıb, qarşıda duran vəzifələrdən danışıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın təhlükəsi daha da artır: “Yanğın hadisələrinin qarşısını almaq üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırırıq”.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğınların baş verməməsi üçün görüləcək tədbirlər haqqında çıxış edib. Nazir müavini fermer və sahibkarlara biçin mövsümündə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini və taxıl sahələrini yandırmamalarını tövsiyə edib.

E. Mirzəyev yanğın hallarının baş verməməsi üçün maarifləndirmə işlərinin ölkənin müxtəlif bölgələrində davam etdirildiyini də vurğulayıb.

Görüşdə yanğın hallarının baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin, biçindən sonra sahələrə od vurmamağın, təbiətdə olarkən odla ehtiyatlı davranmağın vacib olduğu vurğulanıb.

 

 

Media üçün dövlət rüsumu 10 dəfə azaldılıb

1646207343 1646205973.621e2942da2db621e2942da2dc1646143810621e2942da2d9621e2942da2da

Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılıb. “Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Belə ki, qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği … Read more

İlham Əliyev: “Hazırda hər bir ölkə üçün daha vacib olan ərzaq təhlükəsizliyidir”

C4eba738 56b8 3bc6 86fd 54c56d0272f3

“Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir”. “Qərb Xəbər” məlumat verir ki, bu sözləri Prezident … Read more

“Turan Tovuz” və “Kəpəz”ə Premyer Liqada iştirak üçün lisenziya verilib

4af418d9 39ec 37b8 a41f 8bf2c2bcfca6

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. “Qərb Xəbər” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2022/2023 mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb: 1. UEFA-nın klub yarışlarında iştirak … Read more

Şəmkirdə qəza olub, xəsarət alanlar var

6273fb76ae1fe6273fb76ae1ff16517681826273fb76ae1fc6273fb76ae1fd

Şəmkirdə yol-nəqliyyat hadisə baş verib. “Qərb Xəbər” məlumat verir ki, hadisə dünən rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Bəhlul Quliyev,1998-ci il təvəllüdlü Sənan İbrahimov və 2000-ci il təvəllüdlü Urfan İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə … Read more

Tovuzda qətl hadisəsi baş verib

90993bbe c584 357b 9288 3ef8b5ab10b5

Tovuz sakini qətlə yetirilib. Bu barədə “Qərb Xəbər” Report-a istinadən məlumat verir Bildirilib ki, mayın 5-i saat 18 radələrində rayonun Əyyublu kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1988-ci il təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə … Read more

Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub

7e6056f7 a19a 337d b77c 4d6f6fdf7fc5

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın heykəlinin açılışı olub. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. “Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib və onun xatirəsinə ucaldılmış heykəlinin açılış mərasimi … Read more

Birinci sinifə şagird qəbulu üzrə məktəb seçimi başlayır

Birinci sinifler oxu 040119 (1)

Bu gündən, mayın 6-dan Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır. “Qərb Xəbər” məlumatına görə, bu gündən həmçinin dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat da mümkün olacaq. Eyni zamanda … Read more

Mayın 8-də 20 mindən çox şagird imtahan verəcək

Examen 170621

Mayın 8-də cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan keçiriləcək. “Qərb Xəbər” bu barədə Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir. İmtahanda ümumilikdə 20555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan … Read more

Kərim Vəliyev Kəlbəcərdə

Kerim

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.

Qərb Xəbərin xəbərinə görə, Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. General-polkovnik K.Vəliyev dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşərək onun qayğıları ilə maraqlanıb, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra Baş Qərargah rəisi hərbi birliyin komandir-rəis heyəti ilə xidməti müşavirə keçirib. General-polkovnik K.Vəliyev Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Sonda müasir ümumqoşun döyüşünün aparılması üsulları nəzərə alınmaqla bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişləri aidiyyəti üzrə şəxsi heyətə çatdırılıb.

Səhiyyə Nazirliyi: Bir neçə peyvəndin eyni vaxtda tətbiqi uşağın immunitetinə mənfi təsir göstərmir

627380ca6ae78627380ca6ae791651736778627380ca6ae75627380ca6ae76

Uşaqların profilaktik peyvənd təqviminə daxil olan hər bir vaksin orta hesabla 10-15 il sınaqdan keçirilir. “Qərb Xəbər” məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, professor Hüseyn Qabulov deyib.  Onun sözlərinə görə, elmi araşdırmalarla əsaslı şəkildə sübut olunub ki, hətta bir neçə peyvəndin eyni vaxtda tətbiqi belə uşağın immunitetinə mənfi təsir göstərmir: “Doğuşdan dərhal sonra körpələr … Read more

Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib

627387979a93b627387979a93c1651738519627387979a939627387979a93a

Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən bildirir ki, cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Vətən müharibəsində əldə … Read more

Milli Məclisin iclası keçirilir

Millimeclis1

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. “Qərb Xəbər”in xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 22 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında. 2. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş). 3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi … Read more

Ankarada Əhməd Cavadın 130 illik yubileyi qeyd olunacaq

Be4760bc 02e4 379f bbe4 bb9e63329a97

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi qeyd olunacaq. “Report”un xəbərinə görə, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək. Milli Məclisin deputatı Əziz Ələkbərov mərasimində … Read more