Şəmkirdə yol-nəqliyyat hadisə baş verib.
“Qərb Xəbər” məlumat verir ki, hadisə dünən rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.
Qəza zamanı 1997-ci il təvəllüdlü Bəhlul Quliyev,1998-ci il təvəllüdlü Sənan İbrahimov və 2000-ci il təvəllüdlü Urfan İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.