Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dənli və texniki bitkilərin, həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Qazax və Ağstafa rayonlarında seminar-müşavirə keçirilib.
Müşavirədə Ağstafa RİH başçısının birinci müavini Müşfiq Hüseynov, Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Natiq Piriyev, şöbə rəisi daxili xidmət kapitanı Arzu Nəbiyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Srəvətlər Nazirliklərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin, “Aqrolizinq” ASC-nin nünmayəndələri, RİH başçısının iəd üzrə nümayəndələri, yerli bələdiyyələr və fermerlər iştirak ediblər.
Seminarın mövzusuna dair maarifləndirici məruzələr səsləndirilib, məsul şəxslərlə birlikdə müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilib.
Azərbaycanda sərhədlərin açılmağı ilə bağlı açıqlama
“Son aylar Azərbaycanda stabillik müşahidə olunur. Düşünürəm ki, yaxın günlərdə sərhədlər də açıla bilər. Həkim kimi bu məsələ ilə bağlı yaxın günlərdə təhlükənin olduğunu görmürəm”. “Qərb Xəbər” məlumat verir ki, bu sözləri TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib. TƏBİB rəsmisi əlavə edib ki, quru sərhədlərin açılacağı təqdirdə vaksin pasportu və … Read more