Nazirlikdən yeni əlillik meyarları ilə bağlı açıqlama

əlil

“Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün heç bir fərq etməyəcək. Həmin şəxslər eyni qaydada ödənişlərini ala biləcəklər”. “Qərb Xəbər” məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib. Şöbə müdirinin sözlərinə görə, həmin şəxslərin əlillik dərəcələrinin yeni meyarlarda qeyd olunan … Read more

İyun ayında Gədəbəydə bu yaşayış məntəqələrində Səyyar Qəbullar keçiriləcək

271588909 239441621707443 308806877950850691 n

“Qərb Xəbər” bildirir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev İyun ayı ərzində rayonun 5 yaşayış məntəqəsində sakinləri səyyar qəbul edəcək. Əhalini narahat edən problemləri yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaq üçün keçiriləcək səyyar qəbul zamanı vətəndaşların şikayət və təklifləri dinləniləcək, Gədəbəy Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid … Read more

İnam Kərimov Gədəbəy sakinlərini qəbul edəcək

C781d82a c882 3993 ae37 f80d5999c038

Kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 3-də, saat 09:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək. “Qərb Xəbər” nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-378-03-30) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt (web@agro.gov.az) … Read more

Ağstafada yol polisi monitorinq keçirib

2 reyd

Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib. Tədbir zamanı konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb. “Qərb Xəbər” bildirir ki, bundan başqa monitorinq zamanı polis əməkdaşları tərəfindən “Toyota” markalı avtomobilin sürücüsü … Read more

Buraxılış imtahanının nəticələri açıqlanıb

Dim

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 30 aprel və 1 may 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. “Qərb Xəbər” Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi (şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) … Read more

“Müharibə veteranı” adının verilməsi üçün beş min nəfərin sənədinə təkrar baxılır

Mudafie

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5 000-dən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat yayılıb. Bildirilib ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar … Read more

“Azəriqaz” Gəncədə binada baş verən partlayışa münasibət bildirib

16004396802672649733

Gəncə şəhərində baş verən partlayışın səbəbləri araşdırılmadan, rəsmi mövqe açıqlanmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyini demək olmaz. “Qərb Xəbər”in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev dünən axşam saatlarında Gəncədə 5-ci mikrorayonda yerləşən binaların birində baş verən partlayışla bağlı məsələyə münasibət bildirərkən … Read more

Tovuzda sahibsiz itlər mal-qaraya hücum edib

628f2372d84c9628f2372d84ca1653547890628f2372d84c7628f2372d84c8

Tovuzda sahibsiz itlər kənd sakinlərinin mal-qarasına hücum edib. “Qərb Xəbər”in “APA”ya istinadən məlumatına görə, hadisə gecə saatlarında rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini Zəhra Sadıqovaya məxsus təsərrüfata küçə itləri hücum edib. Nəticədə sahibkara məxsus 4 qoyun tələf olub, 10-a yaxını isə yaralanıb. Təsərrüfat sahibi bildirib ki, vaxtında həyətə çıxmasa, daha çox heyvan itlərin hücumuna … Read more

Qərb bölgəsində yeni kəhriz quyularının bərpası

628f1dd306ff0628f1dd306ff11653546451628f1dd306fec628f1dd306fee

“Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur”. “Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş “Kəhriz Sistemləri Memarlıq Abidəsi, Dayanıqlı Su Sistemi,İctimai və İqtisadi İnkişafın Əsası kimi” başlıqlı … Read more

Gəncədə yaşayış binasında yanğın olub

66fd8649 db8c 323c b0e8 267140842f0d

Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb. “Qərb Xəbər“in “Report”a istinadən məlumatına görə, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9,  mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb. Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir. Xatırladaq ki, … Read more

Ağstafada şəraitsiz vəziyyətdə olan məktəb binası niyə təmir olunmur?

FotoJet 2022 05 25T142216.149

Ağstafanın Poylu kəndində yerləşən S.Məmmədov adına tam orta məktəb bərbad vəziyyətdədir. Məlumata görə, təmirsiz və şəraitsiz məktəb binasının pəncərələri divarları və döşəmələri yararsız vəziyyətdədir. Sözügedən məktəb 45 il əvvəl inşa olunub. Bir vaxtlar 624 yerlik olan məktəbdə 436 şagird təhsil alır. Elektrik xətlərinin təhlükə saçdığı, yağışlı günlərdə suyun sinif otaqlarına axdığı məktəb kənddə mavi yanacaq … Read more

Azərbaycanda bir neçə səhiyyə xərcləri artırılacaq

2554fb41 1391 38c2 b2b6 b6623a2f1ed8

“Azərbaycanda orqan transplantasiyası, uşaqlarda ürək qüsurunun aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasına baxacağıq”. “Qərb Xəbər“in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib. O, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində danışıb. Bununla belə, nazir artımın nə … Read more

Şəmkirdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusu müzakirə edilib

2413

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz Regional şöbəsinin, Rayon Prokurorluğunun və Polis Şöbəsinin (RPŞ), Qazax-Tovuz Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda Zəyəm Cırdaxan kənd Coşğun Abdıyev adına tam orta məktəbində seminar keçirilib. “Qərb Xəbər” bildirir ki, tədbirdə Şəmkir RİH-in … Read more

Şəmkirdə ev və avtomobil yanıb

628dbb94ec4be628dbb94ec4c01653455764e268b9c544c22de7b770e84df152ee17

Şəmkirdə avtomobil yanıb. “Qərb Xəbər”in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Çənlibel kəndində həyətyanı sahədə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu, bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli evin … Read more

Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəlib

628dbf0238abb628dbf0238abc1653456642628dbf0238ab9628dbf0238aba

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Qərb Xəbər” Apasport.az saytına istinadən məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan Ukrayna təmsilçisi ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib.

Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

Qeyd edək ki, Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının yarımfinalında yığmamızın üzvü Ruslan Qədirovla qarşılaşıb və Azərbaycan boksçusu finala yüksəlib.

Kolleclərə qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başlayıb

Dim

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb. Dövlət İmtahan Mərkəzindən “Qərb Xəbər“ə bildirilib ki, 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 25 … Read more

Mərkəzi Bankın bu günə olan məzənnələri

468905f9 c83d 3ed4 a08a 50e8addf9184

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. “Qərb Xəbər”in xəbərinə görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,4 % artaraq 1,8199 manat, Rusiya rublunun məzənnəsi isə 5,1 % artaraq 0,0307 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1,8199 1 Rusiya rublu 0,0307 1 Avstraliya dolları 1,2090 1 Argentina … Read more

Qazaxda hoteldə əcnəbi vətəndaşın meyiti tapıldı

Meyit

Qazax rayonunda hotellərin birində əcnəbi vətəndaşın meyiti tapılıb. “Qərb Xəbər” bildirir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qala” hoteldə qeydə alınıb. Orada qalan Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü Vitali Sputnikovun meyiti gecə 23 radələrində aşkarlanıb. İlkin müayinə zamanı onun alın nahiyəsində çapılmış yara aşkar edilib. Qazaxıstan vətəndaşının hansı şəraitdə və hansı səbəbdən ölməsi … Read more

Çex, Slovakiya və Portuqaliya Prezidentləri İlham Əliyevi təbrik edib

52398f88 3aee 30f5 ab4a b6290a59eef1

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “Qərb Xəbər”in xəbərinə görə, məktubda deyilir: “Zati-aliləri. Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram. Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox … Read more