Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Şəmkirdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusu müzakirə edilib

25 may / 14:17 2 dəq
2413
25 may / 14:17
Burada sizin reklamınız ola bilər

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz Regional şöbəsinin, Rayon Prokurorluğunun və Polis Şöbəsinin (RPŞ), Qazax-Tovuz Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda Zəyəm Cırdaxan kənd Coşğun Abdıyev adına tam orta məktəbində seminar keçirilib.

“Qərb Xəbər” bildirir ki, tədbirdə Şəmkir RİH-in əməkdaşı Ruhid Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Regional şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir rayon Prokurorunun müavini Anar Haqverdiyev, Şəmkir rayonu Zəyəm Polis bölməsinin rəisi Qədim Həsənov, Qazax-Tovuz Təhsil İdarəsinin əməkdaşı Vuqar Mövsümov, müəllimlər, psioxoloqlar və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Çıxışlar zamanı qeyd olunub ki, son illər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün münasib şərait yaradılıb. Qızların cinsi ayrı-seçkilik edilmədən təhsil almaları üçün lazım olan bütün addımlar atılıb. Lakin bu görülən işlərə baxmayaraq, kütləvi olmasa da, bəzi bölgələrdə erkən nikahlar və bunun kimi müxtəlif səbəblərdən qızların təhsildən yayınması halları baş verir. Bütün bunların qarşısını almaq üçün bölgələrdə qızların təhsilə cəlb olunması istiqamətində mühüm maarifləndirmə işlərinin aparıldığı və bu kimi tədbirlərin silsilə şəkildə keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Seminar diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı