Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilmiş
narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını
təmin edən narko-kuryerlər saxlanılıb.
DİN-in Gəncə regional idrəsindən “Qərb Xəbər”ə verilən xəbərə görə, Yevlax şəhər sakini Elçin Mikayılov,
qardaşı Elnur Mikayılov və həmyerlisi Orxan Məmmədov Tovuz rayonuna gələrək
rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik
vasitə qarşılığında Bakı şəhərinə aparmağa razılaşıb. O. Məmmədova məxsus
avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda 960 qram “marixuana”,
400 qram “həşiş qətranı”, 400 qram “heroin” və 63 qrama yaxın “tiryək” olan
ümumi çəkisi 1 kq 821 qram narkotik maddə aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı
Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.