Ağstafa

Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var

29 avqust / 15:07 1 dəq
1ce7c4d2 6d55 305c 9da4 7fd1214c5f08 850 (1)
29 avqust / 15:07
Burada sizin reklamınız ola bilər

Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var.

“Qərb Xəbər”in verdiyi məlumata görə hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1973-cü il təvəllüdlü Ramiz Aydın oğlu Rzayevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1983-cü il təvəllüdlü Azər Zülfüqar oğlu Quliyev isə ağır bədən xəsarətləri alıb.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya sürücünün sükan arxasında yuxuya getməsinin səbəb olduğu ehtimal olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər