Hər həftənin çərşənbə günü Ülviyyə Həsənlinin təqdimatında “Radio Qərb” efirində yayımlanan “Gözəllik 10-dur” proqramı geyim, stil, makiyaj kimi mövzuları əhatə edir. Budəfəki proqramda üz dərisinə qulluqdan danışılıb.
Month: May 2022
İlham Əliyevdən vacib açıqlamalar
Qarşıda duran digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. “Qərb Xəbər” bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. “Burada da dövlət nə … Read more
Gəncədə 2 yaşlı uşaq kanalda boğulub
Gəncədə faciəvi hadisə baş verib. “Qərb Xəbər” məlumat verir ki, 2 yaşlı şəhər sakini R. Məmmədova yaşadıqları evin yaxınlığındakı su kanalına düşüb. 2020-ci il təvəllüdlü uşaq kanalda boğularaq ölüb. Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.
Tovuzda gənc özünü asıb
Tovuzda intihar hadisəsi baş verib. “Qərb Xəbər” “Oxu.az”-a istinadən məlumat verir ki, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Ülvi Məhərrəmov yaşadığı evdə özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə yeniyetməni maşın vurub
Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. “Qərb Xəbər” məlumat verir ki, hadisə rayounun Elpərəs Hüseynov küçəsində qeydə alınıb. Hərəkətdə olan “NİVA” markalı minik maşını yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Nürəddin Namazovu vurub. Piyada xəstəxnanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri təqdim olunub
Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin akt zalında keçirilən tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib. “Qərb Xəbər“in məlumatına görə, təhsil nazirinin müavini Muxtar Məmmədov Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevi bölgə ictimaiyyətinə təqdim edib. Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, Regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak … Read more
Şəmkirdə avtomobil obyektə çırpılıb, ölən və xəsarət alan var
Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər“in “Report”-a istinadən məlumatına görə, hadisə dünən Seyfəli kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılması nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət … Read more
Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır. Təhsil Nazirliyinin xəbərinə görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Həmin tarixdən dövlət … Read more
Milli Məclisin sabahkı plenar iclasının gündəliyi
Milli Məclisin sabaha keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib. “Qərb Xəbər”in xəbərinə görə, mayın 5-də keçiriləcək iclasın gündəliyinə daha iki (əvvəl 20) məsələnin müzakirəsi təklif olunub. İclasda müzakirə ediləcək 22 məsələ aşağıdakılardır: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında. 2. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş). 3. “Hərbi vəzifə və hərbi … Read more
Seyfəli poliqonunda döyüş sursatları utilizasiya ediləcək
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən bildirir ki, döyüş sursatlarının utilizasiya prosesi 04.05.2022-ci il tarixdən 07.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Prezident İlham Əliyev israilli həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb. “Qərb Xəbər” bildirir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında uğurla … Read more
Ağstafada sorğu: Əlinizdə fürsət olsa, nəyi dəyişdirmək istəyərdiniz?
Əlinizdə fürsət olsa, nəyi dəyişdirmək istəyərdiniz?
“Qərb Xəbər” xəbər portalı bu suala cavab almaq üçün rayon sakinləri və satıcılar arasında sorğu keçirib.
Ağdamda oğurluqda şübhəli bilinən Şəmkir sakini saxlanılıb
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb. “Qərb Xəbər” bu barədə “Report”-a istinadən məlumat verir. İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib. Faktla bağlı Ağdam RPŞ-də … Read more
Gürcüstanda baş verən zəlzələ Qazaxda da hiss olunub
Gürcüstan Respublikasında May ayının 1-də gecə saatlarında qeydə alınan zəlzələ Azərbaycan ərazisində də hiss olunub. “Qərb Xəbər” məlumat verir ki, Gürcüstan ərazisində qeydə alınan 5,3 bal gücündə zəlzələ Gürcüstanla sərhəd olan Qazax rayonunda da hiss olunub. Qeyd edək ki, zəlzələnin episentri Gürcüstan Respublikasının Dmanisi rayonun Yırğançay kəndində olub.
Tovuzda kişini cərəyan vurub öldürməsinin təfərrüatları
Tovuzda bədbəxt hadisə baş verib “Qərb Xəbər“in məlmatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakinini elektrik cərəyanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyi Tovuzda baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Eşqi Qasımovun sözlərinə görə, hadisə yerində polis və prokururluq əməkdaşları araşdırmalar aparıblar. Hadisənin oğurluq zamanı baş … Read more
Şəmkirdə ev yanıb
Şəmkir rayonunun Qaracəmirli kəndində ev yanıb. “Qərb Xəbər” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin 1 otağının dam örtüyü və tavanının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Həmçinin, Xaçmaz rayonunun Ukuroba … Read more