Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər“in “Report”-a istinadən məlumatına görə, hadisə dünən Seyfəli kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılması nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət alıb.
Yaralıların hər ikisi xəstəxanaya çatdırılıb. Lakin N.Əliyevin dünyasını dəyişdiyi məlum olub. E.Mustafayevin vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.