Tovuzda bədbəxt hadisə baş verib
“Qərb Xəbər“in məlmatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyi Tovuzda baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Eşqi Qasımovun sözlərinə görə, hadisə yerində polis və prokururluq əməkdaşları araşdırmalar aparıblar. Hadisənin oğurluq zamanı baş verməsinə əsaslı şübhələr yaranıb.
Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı artıq iki nəfər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hazırda onların digər cinayət işlərinin olub-olması araşdırılır.
Məlumatına görə,hadisə həmin şəxs transformatordan elektrik xətlərini oğurlayan zaman baş verib.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə verilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.