Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib
“Qərb Xəbər”in ‘APA’ya istinadən məlumatına görə hadisə rayon ərazisində baş verib. “BMW” markalı avtomobil ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri yaralanıb. Xəsarət alan 1988-ci il təvəllüdlü Nemət Əliyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.