Hadisə

FHN-in xilasediciləri dağıntılar altında 105 saat qalmış yeniyetməni xilas ediblər

11 fevral / 09:37 1 dəq
63e727a39f02f63e727a39f030167609334763e727a39f02a63e727a39f02c
11 fevral / 09:37
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

“Qərb Xəbər”  xəbər verir ki, FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər