Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Rus politoloq: “Azərbaycanda kapitalın qorunması siyasəti nəticə verir”

23 oktyabr / 12:18 2 dəq
0e673582 9e94 39e2 912b c03dcd087f23
23 oktyabr / 12:18
Burada sizin reklamınız ola bilər

“Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi fonunda ölkəyə investisiya qoyuluşlarının artacağını gözləmək olar”.

Bu barədə “Report”un Rusiya bürosuna Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev bildirib.

Ekspert qaytarılmış ərazilərin bərpası mövzusuna toxunub: “Vacib element gələcəkdir, Qarabağın ətrafındakı rayonların geri qaytarılmış kəndlərinin, yaşayış məntəqələrinin və kənd təsərrüfatına yararlı torpaqlarının bərpası ilə bağlı hələ açıqlanmayan proqramdır. Proqram bir neçə mərhələdən ibarət olacaq. İlk illərdə infrastruktur bərpa ediləcək: su kəmərləri, elektrik şəbəkələri, qaz təchizatı sistemləri yoluna qoyulacaq. Yol infrastrukturunun bərpası üçün əhəmiyyətli işlər görülməsi nəzərdə tutulub.

Əlavə olaraq mənzil və inzibati-ticari tikinti. İş həcmi həddindən artıq böyükdür, təxminən, 50 yaşayış məntəqəsi var. Hətta təhlükəsizlik səbəbi ilə işğaldan azad olunmuş ərazilərin yalnız bir hissəsinin bərpa olunacağı gözlənilsə belə, görüləcək iş çoxdur. Belə yaşayış məntəqələrinin sayının hər gün artdığını nəzərə alsaq, bütün bunların 2021 və 2022-ci illərdə ÜDM artımına ən azı 1,5%, bəlkə də daha çox təsir edəcəyini proqnozlaşdırmaq olar”.

A.Karavayev investisiyalar məsələsinə toxunarkən artım gözlədiyini söyləyib: “2020-ci ilin ilk yarısında Azərbaycana birbaşa xarici investisiyalar 23,5% artaraq 2 milyard ABŞ dollarını keçib. Səbəb böyük ölçüdə azərbaycanlı investorların vətənə qayıtmağa başlamalarıdır: Mərkəzi Bank xaricə Azərbaycan investisiyalarında iki dəfə azalma qeydə alındığını açıqlayıb. Bu, ölkədə kapitalın qorunması siyasətinin nəticələr verdiyini göstərir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı