Rusiya Federasiyası Ermənistanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid edir.
“Qərb Xəbər” məlumat verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, ölkəsinin noyabrın 23-də keçiriləcək KTMT sammitində Ermənistanın yüksək səviyyədə təmsil olunmayacağına təəssüfləndiyini söyləyib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan, müdafiə naziri Suren Papikyan,xarici işlər naziri Ararat Mirzoyan və parlamentin sədri Alen Mirzoyanın KTMT tədbirlərində iştirak etməyəcəkləri açıqlanıb.