Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Sonsevlə vida mərasimi başa çatıb.
“Report”un xəbərinə görə, o, İkinci Fəxri xiyabanda dəfn ediləcək.
İşğal olunmuş Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçu Dmitri Solnsevlə vida mərasimi yaşadığı binanın önündə keçirilib.
Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edib.