Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.
Dövlət başçısı İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Mövzu ilə bağlı ‘Qərb Xəbər’ə danışan politoloq Natiq Miri bildirdi ki, Azərbaycan Prezidenti Brüssel görüşünə mövqeləri güclənmiş şəkildə gedir.
” Azərbaycan Prezidentindən fərqli olaraq Nikol Paşinyan çox zəif durumda, zəif mövqedə görüşə qatılır. Çünki, Laçında keçirilən qisas əməliyyatı zamanı bir daha göstərir ki, nə Ermənistan ordusu nədə onların dəstək verdiyi separat rejimə bağlı qanunsuz silahlı birləşmələr Azərbaycan ordusunun qarşısında tab gətirə biləcək səviyyədə deyil’.
Politoloq əlavə etdi ki, Azərbaycan həm beynəlxalq hüquqa görə, həm də ədalət naminə haqlı olduğu üçün bütün ərazilərdə suveren hüquqlarını bərqərar etmək istəyir.
‘Bu yöndə qətiyyətli siyasi iradə mövcuddur. Ayrıca bu hadisə yəni, qisas hadisəsi son əməliyyat təkcə ermənistanı deyil eyni zamanda ermənistanın havadarı olan bütün Qərb dünyası istər ABŞ, istər Fransa, istərsə də Avropa birliyini,hətta istərsə də Rusiyanı artıq ciddi şəkildə narahat etməyə başladı ki, sözün əsl mənasında Ermənistandan və yaxud Qarabağdakı separat rejimin terrorçu qruplarından Azərbaycana qarşı ciddi müqavimət anlamında istifadə etmək mümkün olmayacaq. Ona görə də, artıq belə bir vəziyyət yaranıb ki, Azərbaycanın 44 günlük vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlar var ki, bu reallıqları artıq qəbul etmək məcburiyyəti yaranıb. Bunun həm artıq Ermənistanda həm də Qarabağda, həm də xristiyan dünyasında qəbul etməyə başlıyıblar. Məhz bu baxımdan Azərbaycan Prezidentinin mövqeyləri güclüdür çünki, əks təqdirdə Azərbaycan bütün ərazilərdə özünün suveren hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır və bu da BMT-nin nizamnaməsinə tam uyğun bir davranışdır. O baxımdan Azərbaycanın bu yöndə güzəştə gedə biləcək heç bir məqamı yoxdur. Ona görədə bu görüşdə Ermənistana heç bir zaman məsələsi tanınmayacaq. Bütün məsələlər konkret zaman çərçivəsində müəyyənləşəcək ki, bundan sonra artıq ciddi fəal aktiv şəkildə icraat tələb olunacaq. Söhbət ondan gedir ki , bu günə qədər böyük sülh sazişinin hazırlanması üçün qarşılıqlı komissiyaların yaradılması və bu komissiyaların birgə fəaliyyəti nəticəsində sülh sazişinin mətnini hazırlamaq mümükün olmayıb. Düşünürəm ki, bu məsələ Brusseldə əsas müzakirə predmenti olacaq. Yəni konkret komissiya müəyyənləşəcək və bu komissiyalarla birgə fəaliyyəti müəyyənləşdirəndən sonra konkret reqlament çərçivəsində artıq sülh sazişinin mətnini hazırlayacaqlar”.
Natiq Mirinin fikirinə görə burada da elə bir ciddi problem yoxdur.
“Sülh sazişi ilə bağlı Azərbaycanın ortalığa qoyduğu 5 maddə var və bu maddələrin qəbulu ilə bağlı Ermənistanda ciddi bir dirəniş yoxdur. Yəni dolayısı ilə bu maddələri qəbul etdiklərini bildirirlər. Sadəcə əlavələr etmək istədilər ki, bunu da Azərbaycan qəbul etmədi. Düşünürəm ki, artıq bu məsələ razılaşdırılarsa sülhə gedilən yol böyük sülh sazişinə gedən yol açılacaq və konkret addımlarla müşayiət olunacaq”.
“Düşünürəm ki, nə Ermənistanda nə də Avropa ilə müzakirə olunan məsələ deyil. Söhbət Qarabağ məsələsindən gedir Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi olduğu üçün mən düşünmürəm ki, Azərbaycan Prezidenti Nikol Paşinyanla bu məsələni müzakirə predmetinə çevirsin” – deyə politoloq qeyd etdi.