Dünya

Azərbaycan Ermənistanla bağlı müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

22 avqust / 09:02 1 dəq
F89de0b5 2954 3c23 8df7 a16f7b123e44
22 avqust / 09:02
Burada sizin reklamınız ola bilər

Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X”də bildirib.

Nazir müavini qeyd edib ki, Ermənistanın Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir.

Paylaş
Burada sizin reklamınız ola bilər