Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Priqojın Afrikada

1 ay ago
A A
3249385d-3710-323d-afbf-2ee69e04f333_850

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) başçısı Yevgeni Priqojın iyunun sonundakı qiyamdan sonra ilk videomüraciətini yayımlayıb. Ehtimal ki, Afrikada çəkilmiş videoda o, “Vaqner” ÖHŞ-nin “əsl cəngavərləri” işə götürdüyünü və “qarşıya qoyulan” tapşırıqları yerinə yetirməyə davam etdiyini deyir.

“Qərb Xəbər” xəbər verir ki, videomüraciət “Vaqner”in teleqram kanalı olan “Razqruzka Vaqnera”da yayımlanıb.

Kadrlarda Afrika savannasına bənzər mənzərə əks olunub. Priqojın dəqiq harada olduğunu birbaşa açıqlamasa da, Selsi üzrə +50 dərəcə istidən bəhs edib, həmçinin Afrika xalqlarının azadlığından danışıb.

“Vaqner” ÖHŞ Rusiyanı bütün qitələrdə daha böyük, Afrikanı isə daha azad edir. Afrika xalqlarına ədalət və xoşbəxtlik diləyirəm. İŞİD, “Əl-Qaidə” və digər dəstələrin başına oyun açırıq”, – çətə başçısı bildirib.

Qeyd edək ki, Yevgeni Priqojın iyunun 24-dəki qiyamdan sonra videomüraciət yayımlamayıb. O zaman o, Kremllə razılaşaraq Rusiyadan Belarusa gedib. Ancaq tezliklə yenidən Rusiyada görünüb. Onun iyunun 29-da Kremldə Prezident Vladimir Putinlə görüşdə olduğu bəlli olub. Priqojın iyulun 27-də Rusiya-Afrika sammiti zamanı Sankt-Peterburqa da səfər edib.

“The New York Times” hələ mart ayında yazırdı ki, “Vaqner” ÖHŞ Afrikada 3 500-4 500 döyüşçü saxlayır. Dəstəbaşı özü aprel ayında “Vaqner”in əsas qüvvələri Baxmut uğrunda döyüşərkən Rusiyanın Afrika qitəsinə lazımi şəkildə kömək etmədiyini bildirərək dövlət strukturlarının bu ölkələrdəki ÖHŞ-lərin işinə müdaxilə etdiyini iddia edirdi.

Bundan başqa, Nigerdəki uğurlu hərbi qiyamdan sonra Qərb KİV Nigeriya ordusunun qonşu Malidə uğurla fəaliyyət göstərən Vaqner ÖHŞ-nin dəstəyini alacağından çəkindiklərini açıqlayıb. Bu gün “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələrin hərbi aerodromları Nigerə mümkün müdaxiləyə hazırlaşır.

Son xəbərlər

photo_5217944171954948625_x

Məhərrəm Göyüşoğlu: Şəhidi olan məmləkətdə toy etmək doğrudurmu?

22 Sentyabr 2023
1643741448hikmethaci-1

Deyirlər ki, şərtlərimizlə razılaşmayacaqlar… – Hacıyev

22 Sentyabr 2023
1555491096_xin

XİN-də diplomatik xidmətə işə qəbul olmaq istəyənlər imtahan verəcək

22 Sentyabr 2023
baf02539-4499-35d2-bbc3-a564a1e77bfb_850

Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşüb

22 Sentyabr 2023
images - 2023-09-22T091945.078

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb

22 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.