Bölgə xəbərləri

XİN: “Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”

2 noyabr / 17:14 2 dəq
Indir 2022 11 02T171404.964
2 noyabr / 17:14
Burada sizin reklamınız ola bilər

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib.

“Bununla bağlı ədalət təmin olunmalıdır”, – paylaşımda qeyd edilib.

Paylaşımda şəhid jurnalistlərin adları açıqlanıb və haqlarında məlumat verilib:

“Salatın Əsgərova – 9 yanvar 1991-ci ildə Şuşa yaxınlığında avtomobildə olarkən atəşə tutulub və şəhid olub.

Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Osman Mirzəyev – 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında helikopterin vurulması nəticəsində şəhidlik zirvəsinə ucalıblar.

Çingiz Mustafayev – 22 may 1992-ci ildə Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş aparan zaman Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində şəhid olub.

Zibeydə Adilzadə – 28 noyabr 2020-ci il tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Seyidəhmədli kəndi ərazisində erməni silahlı qüvvələrinin basdırdığı minaya düşərək həlak olub.

Sirac Abışov və Məhərrəm İbrahimov – 4 iyun 2021-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun işğaldan azad edilmiş Susuzluq kəndi ərazisində yerləşdirdiyi minanın partlaması nəticəsində şəhid olublar”, – XİN-dən bildirilib.

Qeyd edək ki, 2 noyabr dünyada jurnalistlərə qarşı törədilən cinayətlərlə bağlı cəzasızlığa son qoyulması günü kimi qeyd olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı