2019-cu ilin noyabrın 1-dən bu günə kimi övladlığa götürmə ilə bağlı 643 vətəndaş Sosial Xidmətlər Agentliyinə müraciət edib.
“Qərb Xəbər” məlumat verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev “Sosial saat”da deyib.
O bildirib ki, sistem yeni yarandığı üçün təkcə 2020-ci ildə 157 vətəndaş müraciət etmişdi.
“Bu gün müraciət edən vətəndaşlar daha maariflənmiş, qayğı niyyəti ilə gəlirlər” – deyə o qeyd edib.