Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur

FotoJet 2022 05 18T140827.214

Dünən Şəmkir şəhərində yanan ikimərtəbəli ev sabiq deputat Sona Əliyevaya məxsus olub. “Qərb Xəbər” məlumat verir ki, Sona Əliyeva hadisə ilə bağlı Azxeber.com-a açıqlama verib. O qeyd edib ki, ev qayınatasına məxsus olub: “Yanan ev mənim qayınatama məxsusdur, mən bu evə gəlin gəlmişəm. Uzun illərdir ki, bu evdə yaşayırıq. Yəni ev mənim ailəmə məxsusdur. Amma sənəd üzrə … Read more

2900-ə yaxın hərbçiyə əlillik təyin edilib

6284d21c1b36a6284d21c1b36b16528717086284d21c1b3656284d21c1b367

44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçuların əlillik vəziyyətinin qiymətləndirilməsi işləri davam edir. “Qərb Xəbər” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, həmin hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə, Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi … Read more

Azərbaycan Prezidenti: “Ermənistanla sülh sazişi imzalamaq istəyirik”

D2489a8c 7e21 3a91 bc06 297f34e36c4e 850 (1)

“Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik”. “Qərb Xəbər”in “Report”a istinadən xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti … Read more

Azərbaycan əhalisinin sayı

B73416c9 415a 39b1 a7d6 02ee5cab0afd

Azərbaycan əhalisinin sayı açıqlanıb. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə ilin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10 167 178 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins nisbəti isə … Read more

Əlilliyin müəyyən olunması meyarları

Elil invalid

“Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilib. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülüb. Belə ki, I, II və III dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur. Müddət göstərilməklə … Read more

Valyuta məzənnələri (18.05.2022)

2ac975c4 66da 3fcd 90df 4c420ccd012b

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. “Qərb Xəbər”in xəbərinə görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,86 % artaraq 1,7904 manat, Rusiya rublunun məzənnəsi isə 0,76 % azalaraq 0,0263 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1,7904 1 Rusiya rublu 0,0263 1 Avstraliya dolları … Read more

Magistraturaya sənəd qəbulu başa çatıb

Azedu.az rezidentura iimtahan

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, Azərbaycan bölməsi üzrə 19372, rus bölməsi üzrə 1731 nəfər olmaqlar cəmi – 21103 nəfər ərizəsini təsdiq edib. 2-ci cəhd imtahanına … Read more

Kəlbəcərdəki Azərbaycan mövqeləri intensiv atəşə tutulub

91fc644d f998 31b8 9fa7 42ea52e3daec

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub. “Qərb Xəbər” xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək Azərbaycan Ordusunun bölmələrini atəşə tutub. … Read more

Ölkədə internet limiti nə vaxt aradan qalxacaq?

Internet

“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”. “Qərb Xəbər” bildirir ki, bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında qonaq olan “Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev deyib. Bölgələrdə internet xətlərinin çəkilişi ilə bağlı yaranan problemlərə toxunan şöbə müdiri bildirib ki, bunun səbəbi avadanlıqlardakı limitdir: “Bölgələrdə olan avadanlıqlar evlərin, abunəçilərin sayına uyğun quraşdırılır. Əhalinin sayı … Read more

Tovuzda “Gənclərin Liderlik Akademiyası-2” layihəsinə start verilib

WhatsApp Image 2022 05 16 at 14 18

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə 13-18 may 2022-ci il tarixlərində Tovuzda keçiriləcək “Gənclərin Liderlik Akademiyası-2” layihəsinə start verilib.

“Qərb Xəbər”in məlumatına görə 2022-ci il üçün “Gənclər Paytaxtı” elan olunması ilə əlaqədar Tovuz rayonunda təşkil olunan layihə “Suyun Səsi” istirahət mərkəzində həyata keçirilir.

Tədbirdə 5 nəfər tovuzlu gənc ilə birlikdə, müxtəlif şəhər və rayolardan 90 nəfər gənc iştirak edir. Layihənin gedişatında gənclərin liderlik bacarıqlarının inkişafı yönündə çox saylı təlim və panel görüşlər keçiriləcək. Düşərgənin sonunda təlimlərdə iştirak edən hər bir gənc sertifikat əldə edəcək.

Qazaxda sahibkarlarla görüş keçirilib

24d65e708e66da59927b1abc9b92340e

Mayın 16-da 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Qazaxda fəaliyyət göstərən sahibkarlarla  görüş keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli, idarənin rəis müavini Cəbrayıl Məmmədov, Operativ vergi nəzarəti şöbəsinin rəisi Elçin Məmmədov, Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi Taleh Zeynalov, … Read more

Şəmkirdə Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri döyülüb?

1517354

Mayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə … Read more

Şəmkirdə qəzada 3 nəfər xəsarət alıb

1003257

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. “Qərb Xəbər”in APA-ya istinadən məlumatına görə, hadisə rayonu mərkəzi küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” və “Chevrolet Cruze” markalı minik maşınları toqquşub. Qəza 1996-ci il təvəllüdlü Nurlan Rüstəmli, 1993-cü il təvəllüdlü Elməddin Bağırov və 1994-cü il təvəllüdlü Xatirə Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. … Read more

MN: “76 000 nəfərə “Müharibə veteranı” adı verilib”

677a8b24 b0c9 31a9 946f 4fff12d8cc6b

“Vətəndaş Əsgərov Vüqar Əli oğlunun 09.03.2022-ci il tarixində “Müharibə veteranı” adının verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciətinə cavab olaraq bildirilib ki, onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin tamamlanması üçün zəruri işlər görülür”. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin vətəndaş 29.04.2022-ci il tarixində təkrar olaraq müraciət edib: “Nazirlikdən … Read more

Cibinizi boşaldan inflyasiya – Rövşən Ağayev

Rövşən Ağayev

Rövşən Ağayev iqtisadçı Statkom bu ilin 3 ayı üzrə xarici ticarətlə bağlı qiymət indekslərini açıqlayıb. İdxal malları üzrə qiymətlər ötən ilin 3 ayına nisbətən 20% artıb. Əsas məhsul seqmentləri üzrə istehlakının yarısından çoxu xaricdən formalaşan ölkədə 20%-lik idxal bahalanması o deməkdir ki, inflyasiya insanların cibini soğan kimi soyur. Qiymətlərin belə yüksək artımı vergi tutulan dövriyyəni … Read more

Yuyucu tozlar kəskin bahalaşdı

Image11

Son zamanlar Azərbaycanda ərzaq və digər istehlak mallarında qismən artım kəskin bahalaşmaya keçib. “Qərb Xəbər” Bakupost-a istinadən xəbər verir ki, Bakıda iri marketlərdə yuyucu tozların qiymətləri alıcıları şoka salıb. Belə ki, ötən aya qədər hələ bahalaşma ilə 5 kiloqramlıq tozların qiyməti 21-23 manat arası dəyişirdisə, indi 27, az qala 30 manata qalxıb. Eynilə 1,5 və 3 … Read more

Şəmkirdə yanğın hadisəsi baş verib

402c6c4d 19b4 32cd a4f3 293f5ad56cf9

Şəmkirdə evdə yanğın olub.

“Qərb Xəbər” bildirir ki, bu gün günorta saatlarında FHN-in “112” qaynar telefon xəttinə Şəmkir şəhəri, E.Hüseynov küçəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın vətəndaş Süleymanov Fuad Taptıq oğluna məxsus ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib və alovun evin digər hissələrinə keçmək riski çox yüksəkdir.

Havanın küləkli və yanğının mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində qarajda baş vermiş yanğın qısa müddətdə söndürülərək evə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev yanğından mühafizə olunub.

İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon ayırdı

387076f4 e0aa 3f8c ad0b 8bb0bda6f61d

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb. “Qərb Xəbər” bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il … Read more

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Tovuz rayonunda vətəndaşları qəbul edəcək

D47cca3f4e764bc6f0bd995930da62ca

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Tovuz rayonunun Heydər Əliyev Mərkəzində 20 may 2022-ci il tarixində vətəndaşları qəbul edəcək. “Qərb Xəbər” bildirir ki, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar 12-17 may tarixlərində nazirliyə rəsmi şəkildə … Read more