Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qazax

Qazaxda sahibkarlarla görüş keçirilib

17 may / 14:30 3 dəq
24d65e708e66da59927b1abc9b92340e
17 may / 14:30
Burada sizin reklamınız ola bilər

Mayın 16-da 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Qazaxda fəaliyyət göstərən sahibkarlarla  görüş keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli, idarənin rəis müavini Cəbrayıl Məmmədov, Operativ vergi nəzarəti şöbəsinin rəisi Elçin Məmmədov, Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi Taleh Zeynalov, rayonda istehsal və ticarət sahələri üzrə fəaliyyət göstərən 200-dən artıq sahibkar iştirak edib.

14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli çıxış edərək ilk növbədə tədbirin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Z.Mənsimli qeyd edib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanunu Azərbaycan Respublikasının Prezidenti tərəfindən həmin ilin dekabrın 29-da təsdiq edilib. İdarə rəisi sahibkar kimi fəaliyyət göstərən hər bir şəxsin statusundan asılı olaraq hüquqi və fiziki şəxs kimi ilk növbədə vergi orqanında qeydiyyatının və uçotunun olmasını bildirib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün obyektlərdə onlayn nəzarət-kassa aparatının, post-terminalın, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin olmasının vacibliyini qeyd edib. Nəzarət-kassa aparatının, post-terminalın tətbiqi, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin olmaması, eləcə də digər qeyd edilənlərlə bağlı qanun pozuntuları olduqda vergiödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələndiyini diqqətə çatdırıb.

Diskussiya şəraitində keçən görüşdə Vergi Məcəlləsində edilən dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, hər bir idarə, müəssisə və təşkilat, eləcə də sahibkar, iş adamı üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli və qanunvericilikdə nəzərdə tutulan bütün qaydalara ciddi əməl etməlidirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı