Sibiqa: Azərbaycanla faydalı enerji tərəfdaşlığı əsas prioritetimizdir
Ukrayna Azərbaycanla qarşılıqlı faydalı enerji tərəfdaşlığı qurmaq niyyətindədir”.
Qerbxeber.com xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bildirib.
Nazir deyib ki, Azərbaycanla Ukrayna arasında güclü əlaqələr var:
“Azərbaycanın Ukraynaya göstərdiyi həm mənəvi, həm də humanitar dəstək bizim üçün çox önəmli və dəyərlidir. Biz Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini istəyirik. Ümid edirik ki, əlaqələrimiz daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq”.




