Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

“Vegan Diyet – Bitkilərin Sehirli Gücü ,Orqanizmin Qırmızı Xətti”-Elnur Nemətovun yazısı

8 sentyabr / 17:43 4 dəq
Elnur123
8 sentyabr / 17:43
Burada sizin reklamınız ola bilər
Son illər bir çox insan həyat tərzini Vegan diyetlə qidalanmaq üzərində qurur.
Kimisi bunu dini inanclarına görə, kimisi heyvanlara qarşı mərhəmət hissindən, əksəriyyət isə artıq çəkidən azad olmaq arzusu ilə seçir və bu üsulu sağlamlığın yeganə doğru yolu hesab edir.
Lakin unutmaq olmaz ki, hər bir pəhrizin öz qaydaları və məhdudiyyətləri olduğu kimi, Vegan diyetin də xüsusi tələbləri var.
Bu pəhriz düzgün planlaşdırılmadıqda orqanizmə ciddi zərər verə bilər, amma doğru yanaşıldıqda və müvəqqəti tətbiq olunduqda faydalı təsirlər göstərə bilər.
Gəlin, bu pəhrizin faydaları və zərərlərini araşdırmadan öncə, Vegan diyetin ümumiyyətlə nə olduğuna baxaq.
Vegan diyet – heyvan mənşəli bütün qidaların rasiondan çıxarıldığı bir qidalanma tərzidir.
Bu pəhrizin əsasını meyvə-tərəvəzlər, paxlalılar, taxıllar, toxumlar və müxtəlif bitki mənşəli qidalar təşkil edir.
Çoxları arıqlamaq üçün bu diyeti həyat tərzinə çevirərək, daim bu formada qidalanmağı özlərinə məsləhət bilirlər.
Bəli, hardasa düzgün planlaşdırılmış və müvəqqəti saxlanılan Vegan diyet orqanizmə bir sıra müsbət təsir göstərə bilər.
Məsələn: həzm sistemi yüngülləşər, bağırsaq fəaliyyəti yaxşılaşar, xolesterin və qan təzyiqi müəyyən qədər azalar, meyvə-tərəvəzlərin çoxluğu vitamin və antioksidant qəbulunu artırar, müəyyən müddət üçün çəkidə azalma əldə etmək mümkün ola bilər.
Lakin uzun müddət və nəzarətsiz Vegan diyeti yorğunluq, zəiflik, sinir sistemi problemləri, qan azlığı, solğun dəri, saç tökülməsi, əzələ kütləsinin azalması, immunitetin zəifləməsi, enerji çatışmazlığı və s. kimi mənfi təsirlərə səbəb ola bilər.
Deyə bilərsiniz: “Axı biz sağlam qidalanırıq”, bəs bu qədər risk haradan çıxdı?
“Sağlam qidalanırıq” demək həmişə bədənin bütün ehtiyaclarının tam ödənildiyi anlamına gəlmir.
Məsələn :
B12 vitamini yalnız heyvan mənşəli qidalarda mövcud olduğundan Vegan diyeti zamanı bu vitaminin çatışmazlıq riski yaranır ki, bu da orqanizmdə sinir sistemi və qan dövranı üçün problem yarada bilər.
Eləcədə bu diyet zamanı bədən tərəfindən dəmir və sink heyvan mənşəli qidalardakı qədər asan mənimsənilməz, kifayət qədər zülal alınmadığna görə əzələ kütləsi azalar. Omeqa-3 yağ turşuları isə bitki qidalarında kifayət qədər olmadığı üçün beyin və ürək sağlamlığına mənfi təsir göstərə bilər.
Deməli, Vegan diyeti uzun müddət və düzgün planlaşdırılmadan tətbiq olunarsa, orqanizm vacib qida maddələrini kifayət qədər ala bilmədiyi üçün sağlamlığa ciddi risklər yarana bilər.
Belə risklərlə üzləşməmək üçün iki vacib şərtdən birinə əməl etməliyik:
Ya
Vegan diyeti seçərkən bu qidalanma tərzini müvəqqəti və ya müəyyən bir müddət üçün saxlayacaq, uzun müddət tam imtinadan çəkiləcək və tədricən az miqdarda qırmızı əti rasiona daxil edəcəyik.
Ya da
Zülal, B12, dəmir,sink və omeqa-3 çatışmazlığını əlavələr və bitki mənşəli alternativlərlə vacib şərt olaraq kompensasiya edəcəyik.
Tövsiyə:
Bu cür diyetləri tətbiq edərkən sağlamlığınıza zərər verə biləcək ən xırda bir ehtimalı belə nəzərdən qaçırmamalısınız. Cünki sağlamlıq həm ruhun, həm də bədənin haqqıdır.
İfrat və təfrit hər zaman zərərlidir.
Hörmətlə:  AAKİB sədr müavini və texniki direktor Elnur Nemətov 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı