ÜST “Meymun çiçəyi” virusunun kəskin yayılması ilə bağlı təcili görüş çağırıb

E8f09193 4a8c 3b84 9a59 339e709ff875

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Meymun çiçəyi” virusunun kəskin yayılması ilə bağlı ekspertlərin təcili görüşünü çağırıb.   Bu il Avropadan sonra “Meymun çiçəyi” virusuna ilk dəfə ABŞ-da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə aşkar edilib. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, çərşənbə günü İspaniyada 23 nəfərdə “Meymun çiçəyi” xəstəliyinin əlamətləri … Read more

Prezident: “Ermənilərin ölkəmizə vurduğu maddi ziyanın qiymətləndirilməsində ISESCO önəmli rol oynaya bilər”

D2489a8c 7e21 3a91 bc06 297f34e36c4e 850 (1)

“Azərbaycan uzun illər ISESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirir”. “Qərb Xəbər”in xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib. Prezident İlham Əliyev Azərbaycanın uzun illər ISESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də … Read more

Gəncədə Atatürkü anma, Gənclik və İdman Günü qeyd olunub

62874c592b86c62874c592b86d165303407262874c592b86962874c592b86a

Mayın 19-da Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 19 May – Atatürkü anma, Gənclik və İdman Günü keçirilib.

“Qərb Xəbər” bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir. Məlumata görə, Xan Bağında gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə qonaqlar Xan Bağında təşkil olunan Gəncə Uşaq Rəssamlıq Məktəbinin yetirmələrinin rəsm əsərlərinə baxış keçirib, müxtəlif idman oyunlarına tamaşa ediblər.

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra hər iki ölkənin torpaqlarının müdafiəsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zeki Öztürk çıxış edərək hər il 19 May tarixində qeyd olunan Atatürkü anma, Gənclik və İdman Gününün tarixindən danışıb. O qeyd edib ki, 19 May 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin, 19 May 1919-cü il Türkiyə Cumhuriyyət tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir. Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bugünün önmənin böyük sübutudur.

Rəsmi hissədən sonra bayram konserti başlayıb. Konsertdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan qrupunun, Gəncə Uşaq Evinin sakinlərinin, “Gəncə Qönçələri” rəqs ansamblının, Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblının solistlərinin, Əməkdar artist Mehparə Cəfərovanın, solist Pərvanə Rzayevanın,yeniyetmə müğənni Şəhriyar Əliyevin və digər istedadlı şəxslərin bir-birindən maraqlı rəqsləri və musiqiləri tamaşaçıların zövqünə oxşayıb. Bununla yanaşı, tədbirdə Azərbaycanda təhsil alan türk gənclərinin çıxışları və yerli tələbələrin ifasında şeirlər səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Tovuzda tonlarla yun həyətlərdə qalıb

FotoJet (13)

Tovuzda yun istehsalı ilə məşğul olan sahibkarlar çətinliklə üzləşiblər. Onlar məhsulu çox ucuz qiymətə satdıqlarından gileylənirlər. “Qərb Xəbər”in XəzərTv-yə istinadən məlumatına görə, deyirlər ki, yunun bir kiloqramını 20-50 qəpik arasında sata bilirlər. Bu isə onlara sərf etmir. Mövcud vəziyyət ucbatından Tovuzda tonlarla yun həyətlərdə qalıb. Təsərrüfat  sahibləri deyirlər ki, yun istehsalı üçün sərf etdikləri vəsaiti … Read more

Gəncə Memorial Kompleksinə 734 min manat xərclənəcək

31d5c2b7 ced4 30d0 a545 b6491fc99da1

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması (1) və layihələndirilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. “Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Chapman Taylor LLP” şirkəti və Komitənin  “Azərmemarlayihə” – Dövlət Baş Layihə … Read more

Tovuz şəhər stadionunun ot örtüyü yenilənir

81374f01 06aa 3606 bd18 96bc9bfcda08

AFFA Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi ilə bağlı işlərə başlayıb.

“Qərb Xəbər” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə hazırkı ot örtüyünün sökülməsi başa çatdırılacaq.

Bundan sonra isə standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” ev oyunlarını bu arenada keçirir.

Mərkəzi Bankının valyuta məzənnələri (20.05.2022)

De35a041 c79c 3412 ac16 aebc314eb5ca

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. “Qərb Xəbər”in xəbərinə görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,69 % artaraq 1,7975 manat, Rusiya rublunun məzənnəsi isə 1,87 % artaraq 0,0273 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1,7975 1 Rusiya rublu 0,0273 1 Avstraliya dolları 1,1945 1 Argentina pesosu 0,0144 1 Belarus rublu … Read more

Şəmkir və Tovuz rayonlarında “18 May Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş tədbir keçirilib

(7) min

“Qərb Xəbər” məlumat verir ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Tariximizi muzeylərdə yaşadırıq” adlı tədbir keçirilib.

Tədbir həmçinin, Şəmkir Tarix Diyarşünaslıq muzeyində də keçirilib. Tədbir çərçivəsində Şəmkir Tarix Diyarşünaslıq muzeyinin kollektivi qonaqları muzeyin fəaliyyəti ilə də yaxından tanış ediblər.

Gəncə Avtomobil Zavodu ilə Belarusun 2 zavodu arasında memorandum imzalanıb

94d371c9 7f88 33fc a77d df1cc91a943a

Belarusun Baş naziri Roman Qolovçenko Gəncə Avtomobil Zavodunda imzalanan memorandumda iştirak edib. “Qərb Xəbər”in “Report”a istinadən məlumatına görə, avtomobil zavodunda olan Belarus Baş naziri zavodla tanış olub. Daha sonra Gəncə Avtomobil Zavodu ilə Belarusun iki zavodu arasında memorandum imzalanıb.

Şəmkirdə xəsarət alanların kimliyi məlum olub

6285be550b0096285be550b00a16529321816285be550b0056285be550b007

Şəmkirdə yol-nəqliyyat hadisəsində  xəsarət alanların kimliyi məlum olub “Qərb Xəbər”in məlumatına görə hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1987-ci il təvəllüdlü Mövlayev Rəşad və onun həmyaşıdı İsgəndərov Turaaq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

İlkin Süleymanov məhkəmədə prokurorun suallarını cavablandırıb

Ilkin suleymanov

Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. “Qərb Xəbər” “Report”-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov prokurorun suallarını cavablandırıb. Məhkəmədə prokuror Müşfiq Rəhimov təqsirləndirilən şəxsə “hadisəni törətmədiyini bildirirsən, lakin istintaq zamanı … Read more

Tovuzda düşərgə keçirilib

FotoJet 2022 05 18T180618.323

“Qərb Xəbər” bildirir ki, Azərbaycanın 2022-ci il üçün “Gənclər Paytaxtı” elan edilən Tovuz rayonunda 13-18 may tarixlərində Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin (GMD) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Liderlik Akademiyası 2” düşərgəsi keçirilib.

Gənclər dəvət edilən dövlət və ictimai xadimlər, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı keçirilən təlim və seminarlar vasitəsi ilə karyera quruculuğu, ictimaiyyətlə əlaqələr, informasiya-texnologiyaları və digər mövzular üzrə biliklərini təkmilləşdirmişlər. Təşkil edilən şəbəkələşmə oyunları, intellektual və idman yarışları proqramın daha maraqlı keçməsinə imkan yaratmışdır.
İştirakçılar düşərgə müddətində Tovuz və ətraf rayonlardakı tarixi və mədəni abidələri, əraziləri ziyarət etmişlər.

“Gənclərin Liderlik Akademiyası 2” düşərgəsində iştirakçı gənclər sertifikatlarla təltif ediləcək və fəallığı ilə xüsusi seçilən gənclər GMD-də təcrübə proqramına cəlb edilməsi nəzərdə tutulur.
Düşərgədə iştirak üçün ümumilikdə 1200-dən çox gənc müraciət etmiş və yekun seçimlər əsasında 110 gənc iştirak hüququ əldə etmişdir.

Qeyd edək ki, ənənə halını almış “Gənclərin Liderlik Akademiyası” ilk dəfə olaraq 2021-ci ildə Göygöl rayonunda keçirilib və layihə hər il Azərbaycanın “Gənclər Paytaxtı” seçilən şəhər və rayonlarında icra olunur.

Belarus Baş naziri Gəncədə raket atılan ərazidə olub

628601de973dc628601de973dd1652949469e7878e23bcb121f30454765248e7f2d0

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana işgüzar səfəri çərçivəsində Gəncəyə gedib. “Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyətininin Gəncə beynəlxalq hava limanında qarşılanma mərasimi olub. Daha sonra nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə Ermənistanın raket atdığı ərazidə olub. Belarus baş naziri mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə … Read more

44 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dim

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 21-də III ixtisas qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 22-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə məlumatı DİM yayıb. Məlumata görə, imtahanlar … Read more

QHT qanunvericiliyinin təkmilləşdirilməsi təklif edilib

6285fa65a64ee6285fa65a64ef165294755723a8364ecf722c7ab941e1007d8bb78a

“QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etmişik”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib. Vüsal Quliyev qeyd edib ki, bu təkliflər QHT-lərin qeydiyyatının sadələşdirilməsi, maliyyə əldə etməsi, dövlət-QHT münasibətlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Qazax rayon icra başçısı vətəndaşları qəbul edib

0aa9dd26064a3bb257246fe71cc2768d

Mayın 18-də ərizə ilə müraciət etmiş bir qrup vətəndaş Qazax Rayon İcra Hakimiyyətində fərdi şəkildə qəbul edilib. “Qərb Xəbər”in xəbərinə görə, vətəndaşlar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra hakimiyyətinin digər əməkdaşları tərəfindən dinlənilib. Aşağı Əskipara kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Həsənov Saleh Əmiraslan oğlunun, Daş Salahlı kənd sakini, şəhid yoldaşı … Read more

Mərkəzi Bankının valyuta məzənnələri

3ee59f71 1670 3407 a08a 79cc9376403f

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. “Qərb Xəbər”in xəbərinə görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,29 % azalaraq 1,7851 manat, Rusiya rublunun məzənnəsi isə 1,90 % artaraq 0,0268 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1,7851 1 Rusiya rublu 0,0268 1 Avstraliya dolları 1,1923 1 Argentina pesosu 0,0144 1 Belarus rublu … Read more

Əlillik 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyənləşəcək

8685a1e8 a166 3963 94f1 3e55b9803e46

Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən və əlillik sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun fundamental dəyişikliyi nəzərdə tutan yeni “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən … Read more

Azərbaycanda son sutkada 5 nəfər COVID-19-a yoluxub

6284e8430cddc6284e8430cddd16528773796284e8430cdda6284e8430cddb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.

Ölkədə son sutka ərzində 3 919, hazırkı dövrədək isə 6 862 217 test aparılıb.

Tovuzda qadından doğuşa görə 600 manat tələb edilib?

Newborn girl baby inside incubator in hospital with identification picture id866792570 d

Vətəndaş icbari tibbi sığortanın tətbiqilə bağlı şikayətçi olub. Tovuz rayon sakini Ədilov Saqif Hüseyn oğlu ondan icbari tibbi sığorta çərçivəsində ödəniş tələb olunduğunu iddia edib. “Qərb Xəbər”in məlumatına görə, bunu S.Ədilov deyib: “Həyat yoldaşım Quliyeva Gülnar İlqar qızını qeysəriyyə əməliyyatı üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişəm. Qeysəriyyə əməliyyatı icbari tibbi sığorta tərəfindən həyata keçirilməli, bizdən … Read more