Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tovuzda düşərgə keçirilib

19 may / 13:11 2 dəq
FotoJet 2022 05 18T180618.323
19 may / 13:11
Burada sizin reklamınız ola bilər

“Qərb Xəbər” bildirir ki, Azərbaycanın 2022-ci il üçün “Gənclər Paytaxtı” elan edilən Tovuz rayonunda 13-18 may tarixlərində Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin (GMD) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Liderlik Akademiyası 2” düşərgəsi keçirilib.

Gənclər dəvət edilən dövlət və ictimai xadimlər, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı keçirilən təlim və seminarlar vasitəsi ilə karyera quruculuğu, ictimaiyyətlə əlaqələr, informasiya-texnologiyaları və digər mövzular üzrə biliklərini təkmilləşdirmişlər. Təşkil edilən şəbəkələşmə oyunları, intellektual və idman yarışları proqramın daha maraqlı keçməsinə imkan yaratmışdır.
İştirakçılar düşərgə müddətində Tovuz və ətraf rayonlardakı tarixi və mədəni abidələri, əraziləri ziyarət etmişlər.

“Gənclərin Liderlik Akademiyası 2” düşərgəsində iştirakçı gənclər sertifikatlarla təltif ediləcək və fəallığı ilə xüsusi seçilən gənclər GMD-də təcrübə proqramına cəlb edilməsi nəzərdə tutulur.
Düşərgədə iştirak üçün ümumilikdə 1200-dən çox gənc müraciət etmiş və yekun seçimlər əsasında 110 gənc iştirak hüququ əldə etmişdir.

Qeyd edək ki, ənənə halını almış “Gənclərin Liderlik Akademiyası” ilk dəfə olaraq 2021-ci ildə Göygöl rayonunda keçirilib və layihə hər il Azərbaycanın “Gənclər Paytaxtı” seçilən şəhər və rayonlarında icra olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı