Şəmkir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində, bir ailənin 4 üzvü – N.Abbasov, U.Abbasova, E.Abbasova və R.Abbasova xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.